Məhkəmə qərarları › İş №3(002)-1526/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1526/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1526/2025 30.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 30 iyul 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs "xxxx" MMC-nin xeyrinə 2584,28 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikas İXM-nin 112.1.4-cü maddəsinə əsasən həmin hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə iclası zamanı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Şəxs arasında bağlanmış 04 mart 2023-cü il tarixli, M/015 nömrəli alqı-satqı müqaviləsi üzrə 2524 (iki min beş yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bundan başqa, həmin icra sənədinə əsasən mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Şəxs tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra 25 yanvar 2024-cü il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu Şəxs icra sənədinin icrası üzrə ödənişlərdən yayınmaqla hər hansı məbləğdə ödəniş aparmadığına görə barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə “İnzibati xəta haqqında protokol” tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 3(002)-2902/2025 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Şəxs oğu bundan sonra da, yəni inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində icra sənədi üzrə hər hansı ödəniş etməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Şəxs işləməkdən imtina etdiyi üçün Məşğulluq Xidmətinə işləməsi üçün yönləndirilməmişdir. Buna görə də, Şəxs barəsində 30 iyul 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh təbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı işi üzrə məhkəmə iclasları keçirilərkən xəstə olduğu üçün həmin iclaslarda iştirak edə bilməmiş, lakin icra vərəqəsi və tələbin könüllü icrası barədə bildiriş onun ünvanına göndərilmişdir. Yəni icra məmurunun qeyd etdiyi borc məbləği barədə məlumatı olmuşdur. Bununla belə, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2584, 28 manat deyil, 700 manat borcu vardır. Lakin Bakı Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli e-2-2(0113)-4846/2023 saylı qətnaməsinin surətini alsa da, həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Borcu olduğunu iddia etdiyi 700 manat üzrə də "xxxx" MMC-yə hər hansı ödəniş etməmişdir. Borcunu ödəməməyinin səbəbi əvvəlcə avtoqəza keçirməsi, “Hepatit B” xəstəliyi, ailəsində olan problemlər, başqa icra sənədlərini ödəməsi, həmçinin işsizliyi olmuşdur. Pulu olmadığından “Hepatit B” xəstəliyi ilə əlaqədar analiz verə bilməmişdir. Buna görə də, onda həmin xəstəliyin olduğunu təsdiq edən hər hansı analizin nəticəsi yoxdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(002)-2902/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 500 (beş yüz) manat cəriməni də ödəməmişdir. Gələcəkdə iş tapıb hissə-hissə ödəniş edəcəkdir. İşsiz olmasını, xəstəliyini nəzərə alıb barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Şəxs arasında bağlanmış 04 mart 2023-cü il tarixli, M/015 nömrəli alqı-satqı müqaviləsi üzrə 2524 (iki min beş yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bundan başqa, həmin icra sənədinə əsasən mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Şəxs tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Həmin icra sənədi 22 yanvar 2024-cü il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X1 “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(0113)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2584,28 manat məbləğində pul vəsaitinin Master Milk” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması üçün icra tədbirlərinə başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan “SMS bildiriş”in göndərilməsi barədə çıxarışdan görünür ki, Şəxs barəsində olan E22935/2024 saylı icra işi üzrə növbəti iş günü şəxsiyyətini təsdiq edən sənədlə icra qurumuna gəlməsi barədə ona xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin ərizəsinin surətindən görünür ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödəməli olduğu ümumi 2584,25 manat üzrə hər hansı ödəniş aparılmamış, həmin hüquqi şəxs Ə.T.Əmrahovun icra sənədi üzrə ödəniş aparmasını tələb edir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ödənişi aparmamasının səbəbini son iki ildə işi ilə bağlı və ailəsində olan problemlər, özü avtoqəza törətdiyindən həmin vaxtlar uzun müddət işləməməsi, əlavə borclarının olması, həm də gəlirinin uyğun olmaması ilə əlaqələndirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, Əmrahlı X2 rayon İcra şöbəsinə izahat verməkdən imtina etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(002)-2902/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 30 iyul 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan ayın olur ki, borclu Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4846/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs "xxxx" MMC-nin xeyrinə 2584,28 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokol ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanında 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58-1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinin və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, Ə.T.Əmrahova əvvəl icra sənədi üzrə cərimə tənbeh tətdbirinin tətbiq edilməsini, Ə.T.Əmrahovun icra sənədi üzrə təkrarən hər hansı bir ödəniş aparmaması, icra sənədi üzrə borcunun məbləğinin 2584,28 manat olmasını, tələbkar "xxxx" MMC-nin icra sənədi üzrə borcun tam ödənilməsini tələb edərək borclu Şəxs şikayətçi olduğunu nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən, inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 30 iyul 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar