Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1529/2022 16.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı, Sədərək Firmasının barəsində daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq МÜƏYYƏNЕТDİ: Sədərək Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-1385/2022, 3(002)- 1529/2022 və 3(002)-1531/2022 saylı materiallar Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, protokollar və materiallar səlahiyyəti olan şəxs tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir, işə baxılmasının təxirə salınması, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi və ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 38 və 39-cu maddələrində nəzərdə tutulan hallar mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən, Sədərək Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-1385/2022, 3(002)-1529/2022 və 3(002)- 1531/2022 saylı materiallar mahiyyəti üzrə eynilik təşkil etdiyindən bir icraatda 3(002)- 1385/2022 saylı iş nömrəsi ilə birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAАLDİ: Sədərək Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə 3(002)-1385/2022, 3(002)- 1529/2022 və 3(002)-1531/2022 saylı materiallar bir icraatda 3(002)-1385/2022 saylı iş nömrəsi ilə birləşdirilsin. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1529/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1529/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver