Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-153/2021 06.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx xxx 1983-cü il tarixdə Samux rayonu, Qarabağlı kəndində anadan olmuş, orta təhsilli, fərdi qaydada sürücü işləyən, ailəli, Samux rayonu, Qarabağlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X3 fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx.xx.2021ci il tarixdə MN No ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Protokol xx.xx.2021-ci il tarixli raporta əsasən tərtib edilmişdir. Protokola və raporta görə, Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində 719 saylı YPX postundan müvafiq icazəsi olmayan 7 (yeddi) nəfər şəxsi Bakı şəhəri istiqamətinə keçirməyə cəhd etməklə karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bildi və izahatında göstərdi ki, ölkədə koronavirus epidemiyasının yayılmasına görə xüsusi karantin rejiminin tətbiqindən məlumatlı olmuşdur. Samux rayonunda qeydiyyatdadır. xx.xx.2021-ci il tarixdə idarə etdiyi Mercedes markalı avtobusla yeddi nəfər sərnişini Bakıya gətirmiş, həmin şəxslər posta yaxın yerdə düşərək postu kənardan keçəndən sonra avtobusa minmiş və yük yerində gizlənmişlər. Sonradan Qaradağ postunda saxlanmış və sərnişinlər yük yerində aşkar olunmuşdur. Polis bölməsində sorğu zamanı əməlini etiraf etmişdir, əməlindən peşmandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BDYPİ-nin 6-cı tağımının baş inspektoru Mövlayev Natiq Bahadur oğlu ifadə verərək bildirdi ki, o, 719 saylı YPX postunda xidmət aparır. xx.xx.2021-ci il tarixdə sürücü Həsənov X2 markalı avtobusla həmin avtobusun sahibi X4 ilə birgə heç bir icazəsi olmayan yeddi nəfər sərnişini rayondan qanunsuz olaraq Bakıya gətirmiş, həmin sərnişinlər yük yerində aşkar edilmiş və hər biri karantin qaydalarını pozduğuna görə cərimələnmişdir. Məhkəmə, izahatı və şahidin ifadəsini dinləyib, inzibati xəta haqqında materialı tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, izahat və şahid ifadəsindən, habelə iş materiallarında olan xx.xx.2021-ci il tarixli raport, xx.xx.2021-ci il tarixli inzibati tutma haqqında protokol, Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X3 tərəfindən tərtib olunmuş MN No ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin yazılı izahatından aydın olur ki, Şəxs xx.xx.2021-ci il tarixdə müvafiq icazəsi olmayan yeddi nəfər şəxsi Bakı şəhəri istiqamətinə keçirməyə cəhd etməklə karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin tələblərini, inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, inzibati xətalar qanunvericiliyinin vəzifələri ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə əsasən əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması zərurətini və işin sair hallarını nəzərə alaraq məhkəmə, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-31, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №3(002)-153/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-153/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver