Məhkəmə qərarları › İş №3(002)-153/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-153/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-153/2022 25.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-cı ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru Allahverdiyev Asif Sahil oğlu, borclu Şəxs barəsində protokol tərtib edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5350/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli icra vərəqəsi üzrə aliment manat borcu üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru Allahverdiyev Asif Sahil oğlu izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5350/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən 06 sentyabr 2021-ci il tarixdən başlayaraq 18 may 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Borclu Şəxs borcu bu günə 700 manat təşkil edir və aliment borcundan indiyə qədər heç bir ödəniş etməmişdir. Borxun ödənilməsi üçün dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən imtina edir. Eləcə də icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmir. Bundan başqa o, tələbkara hədə-qorxu gəlməklə borcu ödəməkdən yayınır. Odur ki, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X2 öz izahatında bildirmişdir ki, Şəxs bu vaxta qədər aliment borcundan heç bir ödəniş etməmiş və ödəniş etmək fikrində də deyildir. Belə ki, o, aliment borcu ilə bağlı borcluya müraciət etdikdə hər dəfə borclu ona hədə-qorxu gəlir, onu öldürməklə hədələyir və aliment borcunu ödəməkdənsə onu alnından güllə ilə vuracağını bildirir. Buna görə də onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, rəsmi heç bir yerdə işləməməklə aliment borcunu ödəyə bilmir. Gələcəkdə hər hansı bir işlə məşğul olacağı təqdirdə aliment borcundan da müəyyən ödənişlər edəcəkdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 25 yanvar 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnamənin icrası ilə əlaqədar heç bir ödəniş etməməsi və eləcə də icra məmurunun çağırışlarına hər hansı bir üzrlü səbəb olmadan gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 25 yanvar 2022-ci il tarixdən saat 15:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar