Məhkəmə qərarları › İş №3(002)-153/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-153/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-153/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Şikayət verən şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi, X4 tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin şikayətə Binəqədi rayon Məhkəməsində baxılmış və məhkəmənin 3(001)- 443/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı ilə verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 16 yanvar 2023cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X10 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və 16 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən aydın olur ki, vətəndaş X10 10 yanvar 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, “Daşgil” adlanan ərazidə, Xəzər dənizi sahilində özünə məxsus 12 kalibrli «RETAY» markalı, MMT 4058 nömrəli ov silahı ilə qanunsuz ov edərkən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən X10 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, o, həvəskar ovçudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq lisenziyanı alaraq Daşgil, Pirsaat, Mahmudçay adlı ərazilərə tez-tez ova çıxır. 10 yanvar 2023-cü il tarixdə özünə məxsus avtomobil ilə Qaradağ rayonu, 29-cu km adlanan yerdə, Xəzər dənizi sahili ərazisinə getmiş və sahildə dincəlirmiş. Bu zaman ona iki nəfər yaxınlaşmış, salamlaşdıqdan sonra özlərinin Ekologiya Nazirliyinin əməkdaşları olduqlarını bildirmişlər. Qaradağ rayon polis idarəsinin əməkdaşları ilə birgə reyd keçirdiklərini deyərək sənədlərini tələb etmişlər. O əməkdaşlara sənədlərinin qaydasında olduğunu demiş və sənədlərini təqdim etmişdir. Onlar sənədlərə baxdıqdan sonra tüfəngi da onlara verməsini istəmişlər. O tüfəngi də onlara vermişdir. Bundan sonra onlar bildirmişlər ki, tüfəngini özləri ilə götürəcəklər, formal olaraq bu belə olmalıdır, tüfəngdən atəş açılıbaçılmadığını yoxlayacaqlar. O əməkdaşlara ov etmədiyini və etmək fikrinin də olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslər onun sənədlərini və tüfəngini də götürüb getmək istəmişlər. O, xahiş etmişdir ki, heç olmasa sənədlərini və tüfəngini götürmələri barədə sənəd tərtib etsinlər. İdarənin əməkdaşları isə onunla razışlamayaraq 11 yanvar 2023-cü il tarixdə, saat 10:00-da idarədə olmasını bildirmişlər. O həmin əməkdaşlardan özlərini təqdim etmələrini istədikdə birinin adının Ruslan, digərinin isə Rəvan olduğunu öyrənmişdir. 11 yanvar 2023-cü il tarixdə, saat 10:00 radələrində ünvan 1 ünvanında yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X7 və Təbii Sərvətlər İdarəsinə gəlmiş, idarənin əməkdaşı Ruslanın xahişinə əsasən İdarənin rəisi Vaqif Cavadovla görüşmüş və ona heç bir inzibati xəta törtəmədiyini bildirmişdir. Rəis onu dinlədikdən sonra ondan Rəvan adlı şəxsin yanına getməsini bildirmişdir, o həmin əməkdaşı iki saata yaxın bir müddətdə gözləsə də həmin əməkdaş onunla görüşməmişdir. İdarə rəisi 12 yanvar 2023-cü il tarixdə idarəyə gəlməsini xahiş etmiş, həmin vaxt ona məlum olmuşdur ki, barəsində MN ******* saylı protokol tərtib edilmiş, 1000 manat məbləğində cərimə ediləcək və bu səbədən də 16 yanvar 2023-cü il tarixdən yenidən idarəyə gəlməlidir. O 16 yanvar 2023-cü il tarixdə yenidən idarəyə getmiş, orada İXM-nin 273.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəməsi ilə əlaqədar 1000 manat məbləğində cərimə olunması ilə bağlı qərarın surəti və mətkubu ona təqdim etmişlər. O, öz izahatını davam etdirərək bildirmişdir ki, İdarədə olarkən silahını götürməsi üçün ona diqtə edərək ərizə yazdırmışlar. Həmin ərizə ilə əslində ona törətmədiyi inzibati xətanı etiraf etdiyini bilməmişdir. Bundan başqa İdarədə ona qanunsuz ov etməsə də ov etməyə cəhd etdiyini demişlər, lakin inzibati xətalar qanunvericliyində inzibati xəta törətməyə cəhd nəzərdə tutulmamışdır. Həmçinin onun tərəfindən heç bir atəş açılmamış və hər hansı bir quş və ya heyvan ovlanmamışdır. Həmçinin barəsində inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. Bütün bunların nəzərə alınaraq barəsində tərtib olunmuş 16 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, idarənin 05 yanvar 2023-cü il tarixli BD- 001, BD-005 və BD-007 nömrəli sərəncamına əsasən Xəzər dəniz sahili zolağında qanunsuz ov edilməsinə qarşı Ələt qəsəbəsi yaxınlığında (Daşgil adlanan ərazidə) Xəzərin sahilində qanunsuz ov edən üç nəfər şəxs aşkar edilmişdir. Qanunsuz ov edən şəxslərə yaxınlaşan zaman onlardan iki nəfər (silahlı və komifulyajlı formada) qaçaraq yaxınlıqda yerləşən tikiliyə daxil olmuş, digər şəxs isə ov etdiyi silahı və onun sənədlərini təqdim etmişdir. Təqdim edilmiş sənəd X8 məxsus olmaqla ondan 30 ədəd 12 kalibrli patron və “Retay” markalı, MMT 4058 nömrəli yivsiz lülləli od silahı inzibat araşdırmanın davam etdirilməsi üçün maddi sübut kimi İdarənin əməkdaşları tərəfinən götürülmüşdür. X8 Bakı şəhəri akvatoriyasına müvafiq lisenziya verilmədiyi və ov silahının dolu vəziyyətdə saxlanılması və daşınmasının qanunsuz olduğu və törətdiyi əməlin “Ovçuluq haqqında” qanunun tələblərini pozduğu izah edilmişdir. X2 digər iki şəxslə birlikdə “Ovçuluq haqqında” qanunun və “Azərbaycan Respublikası ərazisində ovçuluğun aparılması Qaydaları” nın tələblərini pozmuşlar. Odur ki, X10 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və tərəflərin izahatını araşdıraraq hesab edir ki, X10 barəsində Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi, maddi sübutların olubolmaması, həmin maddi sübutların qablaşdırılaraq götürülüb-götürülməməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı qeyd olunan inzibati xətanın törədilməsinə dair məhkəməyə heç bir sübut, o cümlədən inzibati xəta törədilməsi ehtimal edilən şəxslərin izahatları, inzibati xətanın aşkar edilməsində istifadə olunan foto və ya video görüntülər və s. sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun qəbul edildiyi tarix və yer; 100.1.2. protokolu qəbul etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa iş materiallarına əlavə edilmiş və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı RETSi-nin əməkdaşları, məsləhətçi müfəttiş Rüstəmov Fuad, Teymurov Rəvan, Vəliyev Xəzər və baş müfəttiş Bayramov Ruslan tərəfindən tərtib edilmiş 10 yanvar 2023-cü il tarixli aktdan belə məlum olur ki, yuxarıda qeyd olunan reyd ilə bağlı bir neçə şəxsin qanunsuz ov etməsi ilə əlaqədar onlardan 25 ədəd 12 kalibrli patron aşkar olunaraq götürülmüşdür. Lakin məhkəmə araşdırması zamanı istər ov tüfənglərinin, istərsə də patronların həqiqətən də mövcud olub-olmaması, həmin alətlərin inzibati qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilərək götürülməsi öz təsdiqini tapmamış və bununla bağlı məhkəməyə heç bir sübut belə təqdim edilməmişdir. Eləcə də həmin əşyaların götürülməsini özündə əks etdirən 10 yanvar 2023-cü il tarixli akt ov edilməsi ehtimal edilən şəxslərin heç biri tərəfindən imzalanmamış və ümumiyyətlə belə bir şəxslərin mövcud olub-olmaması barədə heç bir qeyd belə aparılmamışdır. Azərbaycn Respublikası İXM-nin 77.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. X6 Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar