Məhkəmə qərarları › İş №3(002)-153/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-153/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-153/2025 06.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş EQ 25568059 saylı, 15 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş EQ 25568059 saylı, 15 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağsu rayonu, Cəlair kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsu, Ə.Vahid küçəsi, Qəsr-2 yaşayış kompleksi, blok -3, mənzil 97 ünvanında yaşayır. “B” və “C” kateqoriyalı sürücülük hüququ vardır. Dövlət qeydiyyat nişanı ** NA *** markalı FORD TRANSÎT YÜK vaqon tipli avtomaşın X2 məxsusdur və 12 sentyabr 2023-cü il tarixli etibarnaməyə əsasən ona bu nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Bu hadisə ilə bağlı bildirir ki, 15 yanvar 2025ci il tarixində Bala şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin qarşısında saat 21- 24 radələrində dövlət qeydiyyat nişanı ** NA *** markalı FORD TRANSÎT YÜK vaqon tipli avtomaşını heç bir zolaq və ya qadağanedici nişan olmayan sahədə avtomaşını saxlamış, lakin bu İdarə onu İXM-nin 346.4-cü maddəsi ilə yəni, dayanma və durma qaydalarının pozulmasında təqsirli bilərək, 80 manat məbləğində cərimə edilməyi və bu barədə inzibati xəta törədilməsinə dair ËQ25568059 saylı xx.xx.2025-ci il tarixli elektron qərarı çıxararaq ona bildirilmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346,4-cü maddəsində göstərilir: yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə -səksən manat məbləğində cərimə edilir.Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci bəndində eyni işə göstərilir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır.İXM-nin 346.4-cü və Yol hərəkəti haqqında Qanunun 52.1-ci maddəsinin normasından göründüyü kimi “digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasım və ya durmasını'’ qadağan edilir. Təqdim edilən şəkillərdən göründüyü kimi mənim idarə etdiyim dövlət qeydiyyat nişanı ** NA *** markalı FORD TRANSİT YÜK vaqon tipli avtomaşını, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamış və ya durmamış, mənim idarə etdiyim avtomabili elə birinci cərgədə mənimlə eyni sırada dayanan avtomaşınlarla eyni sırada durmuşdur. Yəni, ikinci və ya sonrakı yolda durmamışdır. Eyni zamanda orada hər hansı bir yol nişanı və ya yolun zolaqlanması da yoxdur.Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Polis İdarəsinin barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair EQ25568059 saylı 15.01,2025-cİ il tarixli elektron qərarı tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış Fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında İş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş EQ 25568059 saylı, 15 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqana lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Eləcə də qeyd olunan inzibati işlə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat cərimə nəzərdə tutulur. İş materiallarında olan fotoşəkillərdən də göründüyü “ FORD TRANSÎT » yük markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş EQ 25568059 saylı, 15 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar