Məhkəmə qərarları › İş №3(002)-1530/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1530/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1530/2021 27.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, xx xxx 1993-cü ildə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan Şəxs barəsində DİN-in BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş 13 dekabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, X1 13 dekabr 2021-ci il tarixdə “Chevrolet Cruze” minik markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində saxlanılaraq xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən onda narkotik maddə istifadə olunması nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 09:43 radələrində İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-in BDYPİ-nin YPX Alayına və Şəxs məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını, təqdim edilmiş vəsatəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati material baxılması üçün aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 dekabr 2021-ci il tarixdə məhkəməyə vəsatət göndərərək hal-hazırda Lənkəran rayonu Girdəni kəndində yaşadığını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının və ürək xəstəsi olan anasının olduğunu, ailə vəziyyəti ilə əlaqədar onun Bakı şəhərinə gəlib-getməyinin çətin olduğunu göstərərrək inzibati materialın aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, Şəxs yaşayış yeri Lənkəran rayonunun Girdəni kəndi olmaqla himayəsində 05 avqust 2020-ci ildə doğulmuş qızı X3 vardır və anası Aybəniz Əliyeva ürək xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində DİN-in BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati material aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar