Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1531/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokola və protokola əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “X7” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əmələ yol vermişdir. Qeyd edilənlərlə bağlı Qaradağ RPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan İXP serialı, ******* saylı, 15 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, BC kateqoriyalı sürücüdür. 6 illik sürücülük təcrübəsi vardır. 16 may 2025-ci il tarixdə saat 19:37-də idarə etdiyi “Toyota Corolla” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Sahil qəsəbəsində “Rahat market”in yanında məhəllələrin arasından M.Seyidov küçəsinə çıxıb sola dönərkən piyada zolağında hərəkətdə olan piyadalara yol vermək üçün dayanıb gözləmişdir. Piyadaların bir neçəsi piyada zolağından keçmişdir. O, sola dönməyə başlayanda bir nəfər qız piyada zolağı ilə yolu sağdan sola keçməyə başlamışdır. Həmin qızın yolun ortasında çatmasına az qalmış qızın yolu keçəcəyini güman edərək, aşağı sürətlə dönüb həmin qızın arxasından keçərkən avtomobilin ön sol təkəri həmin qızın sağ ayağına ilişmiş və qız yerə yıxılmışdır. Dərhal avtomobili dayandırıb yerə düşüb həmin qızdan üzr istəyərək xəsarət alıbalmadığını sorumuşdur. Adının Südabə olduğunu bildiyi həmin qız sağ ayağının əzildiyini demişdir. Hadisə yerinə yaxınlaşan polis əməkdaşları həmin qızı X9 Stansiyasına aparmışlar. O, isə polis əməkdaşlarının göstərişinə əsasən hadisə yerində qalmışdır. Sonra isə o, Süddabənin ünvanını tapıb səhhəti ilə maraqlananda həmin qızın sağ ayağının əzildiyi məlum olmuşdur. Avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş, spirtli içki və digər hər hansı maddə qəbul etməmişdir. Zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etməyən və izahatı məhkəmə iclasında elan edilərək tədqiq edilmiş X4 Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə verdiyi izahatında bildirmişdir ki, 16 may 2025-ci il tarixdə saat 19:37-də Qaradağ rayonu, Sahil qəsəbəsində M.Seyidov küçəsində adi yerişlə addımlayaraq “Rahat market” tərəfə keçməyə başlamışdır. Yolu keçməzdən əvvəl heç bir avtomobil gəlməmişdir. 2-3 metr məsafədə hərəkət edərkən yolun ortasına çatmamış ona nisbətdə sol tərəfdən gəlib arxasından keçən “Toyota Corolla” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sol təkəri onun sağ ayağına toxunması nəticəsində o, yerə yıxılmışdır. Sürücü dərhal avtomobili dayandırıb ona yaxınlaşaraq üzr istəyib xəsarət alıb-almadığı barədə soruşmuşdur. O, sürücüyə sağ ayağının əzildiyini bildirmişdir. Daha sonra oraya yaxınlaşan polis əməkdaşları onu X9 Stansiyasına aparmışlar. Oradan isə həkim briqadası onu 1 saylı X6 aparmışdır. Müayinə zamanı ayağında sınığın olmadığı, ayağının əzildiyi məlum olmuşdur. Başqa bədən nahiyəsində hər hansı xəsarət almamışdır. Daha sonra o, evə buraxılmışdır. Hal-hazırda səhhəti ilə bağlı probleminin olmadığını, hadisə ilə əlaqədar şiakyəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemindən və fotocədvəldən görünür ki, hadisə yeri Şəxs 16 may 2025-ci il tarixdə saat 19:37-də idarə etdiyi “Toyota Corolla” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi “Rahat market”in yanıdır. Yol örtüyünün eni 12 metrdir, hərəkət zolaqlarının sayı 4-dür. Hərəkət hissəsinə sağdan və soldan səkilər birləşir. Sağda mağazalar, solda isə “Rahat market” vardır. Hadisənin baş verdiyi piyada zolağı svetoforla nizamlanmır. Piyada nəqliyyat vasitəsi ilə piyada zolağında yolun sağından 4 metr sol tərəfdə, yolu sağdan sola keçərkən vurulmuşdur. “Toyota Corolla” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarındadır. Yolda tormozlama, şin izləri aşkar edilməmişdir. Şəxs yol-nəqliyyat hadisəsi yerinə baxışda iştirak edərək hadisənin baş verdiyi yeri göstərmiş, bu barədə tərtib edilən protokolu imzalamışdır. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “Toyota Corolla” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobildə heç bir xarici zədə aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2/27371 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmamış, ayıq vəziyyətdə olmuşdur. Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspetiza və X3" X8 xx.xx.2025-ci il tarixli 309 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 məhkəmətibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş “sağ baldır və sağ ayağın hematomaları” xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs ehtiyatsızlıqdan X1 yüngül dərəcəli bədən xəsdarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-yə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində olan inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ bəndində göstərilmişdir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Toyota Corolla” markalı “**-CY-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs əməllərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuş və sürücü bu qaydalara riayət etməklə hadisənin qarşısını ala bilərdi. Bununla da, məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olmuş və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, hadisə yerinin tərk etməyərək zərərçəkmiş şəxsə köməklik göstərməyə çalışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və təlkəbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1531/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1531/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver