Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1534/2021 27.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, xx xxxx 1982-ci ildə Tovuz rayonunda doğulmuş, Tovuz rayonu, Xatınlı kəndində qeydiyyatda olan Şəxs barəsində DİN-in BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 12 dekabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə “VAZ 21154” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində saxlanılaraq xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən onda spirtli içkidən istifadə olunması nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 09:05 radələrində İXMnin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-in BDYPİ-nin YPX Alayına və Şəxs məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs 20 dekabr 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyi üçün inzibati materialın aidiyyatı üzrə baxılması üçün Tovuz rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməmişdir. Belə ki, istər iş materiallarında, istərsə də teleqramda qeyd olunan inzibati işin aidiyyatı üzrə göndərilməsinə əsas ola biləcək hər hansı bir sübut aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 12 dekabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, Şəxs 12 dekabr 2021-ci il tarixdə “VAZ 21154” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində saxlanılarkən xüsusi texniki vasitə ilə tibbi müayinədən keçirilərkən onda narkotik sərxoşluğu olduğu məlum olmuşdur. Buna görə də onun barəsində həmin gün saat 09:05 radələrində İXM-nin 333.1 maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Alkoqolun qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinəyə” dair 12 dekabr 2021-ci il tarixli 988 saylı aktdan aydın olur ki, Şəxs həmin gün saat 08:30 radələrində tibbi müayinədən keçirilərkən onda 0.8 pr. ml spirtli içki qəbul etməsi faktı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.2-ci bəndində qeyd edilmişdir ki,nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qərarın 2.4-cü bəndinin tələblərinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsenrtasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixitrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 08 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-1534/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1534/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver