Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1535/2021 27.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Şəxs barəsində DİN-in BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 11 dekabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 11 dekabr 2021-ci il tarixdə “VAZ 2170” minik markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində saxlanılaraq tibbi müayinədən keçirilərkən onda narkotik maddədədən istifadə olunması nəticəsində yaranan sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 10:19 radələrində İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, o, heç vaxt heç bir narkotik vasitədən istifadə etməmişdir. 11 dekabr 2021-ci il tarixdə, səhər saatlarında özünə məxsus 2013-cü il buraxılışlı, “VAZ 2170” minik markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu ərazisindən keçərkən polis postunda saxlanılmış və formal olaraq tibbi müayinədən keçirilmişdir. Müayinə nəticəsində onda guya ki, narkotik maddə qəbul etməsi aşkar edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, hal-hazırda ailəli olmaqla, Neftçala şəhərində yaşayır, arvadı X1 evdar qadın olmaqla heç bir yerdə işləmir. Himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Özü ailədə yeganə qazanc gətirən şəxs olmaqla rəsmi qaydada heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün aradabir fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər heç vaxt inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-in BDYPİ-nə rəsmi məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 11 dekabr 2021-ci il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, Şəxs 11 dekabr 2021-ci il tarixdə “VAZ 2170” minik markalı ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onda narkotik sərxoşluğu olduğu məlum olmuşdur. Buna görə də onun barəsində həmin gün saat 10:19 radələrində İXM-nin 333.1 maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “Narkotik qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinəyə” dair 11 dekabr 2021-ci il tarixli 981 saylı aktdan aydın olur ki, Şəxs həmin gün saat 10:00 radələrində tibbi müayinədən keçirilərkən onda narkotik maddə qəbul etməsi faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş nigah haqqında şəhadətnamənin surətindən və Neftçala rayon İcra hakimiyyəti MHTİB-nın 27 dekabr 2021-ci il tarixli arayışıdan məlum olur ki, Şəxs ailəli olmaqla, arvadı X1 heç bir yerdə işləmir, himayələrində 2004 və 2005-ci illərdə doğulmuş iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.2-ci bəndində qeyd edilmişdir ki,nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qərarın 2.4-cü bəndinin tələblərinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsenrtasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixitrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsində göstərilir ki, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 27, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-1535/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1535/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver