Məhkəmə qərarları › İş №3(002)-1542/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1542/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1542/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXMnin 339.1-ci maddəsi ilə olan Bakı şəhəri Qaradağ RPİ-nin X7 Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və protokola əlavə edilmiş materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş protokolda və protokola əlavə edilmiş inzibati xəta haqqında materialda və göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən həmin MMC-nin mülkiyyətində olan “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə edilmiş şəxsin kim olması barədə əvvəlcədən məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, hər ilin əvvəlində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin mülkiyyətində olan “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı və digər nəqliyyat vasitələrinin istifadəsinin kimlərə həvalə olunması, yəni sürücüləri barədə Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsinə onlayn portal və ya poçt vasitəsilə rəsmi qaydada məlumat verilməlidir. Bu qaydanın olduğu 2016-cı il tarixdən "xxxx" MMC-yə məlum olmuşdur. Lakin 2025-ci ilin əvvəlində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin mülkiyyətində olan “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsinə məlumat verilməmişdir. Yalnız “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 04:11-də Xocəsən-Lökbatan yolununun 1,1-ci kilometrliyində Lökbatan istiqamətində həmin nəqliyat vasitəsi ilə yolda müəyyən edilmiş sürət həddini 11 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzədə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzədə tutulan əməl törədilərkən DİN-nin BDYPİ-də “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat olmadığı üçün xx.xx.2025-ci il tarixdə BDYPİ-dən "xxxx" MMC ilə əlaqə saxlanılaraq həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş edilmiş, bu barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməyəcəyi halda Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. Buna görə də, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-yə həmin MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinin “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün X5 olduğu barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında (AZ 1063, VÖEN **********) qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən həmin MMCnin mülkiyyətində olan “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə olunan şəxsin kim olması barədə əvvəlcədən Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə məlumat verilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 04:11-də Xocəsən-Lökbatan yolununun 1,1-ci kilometrliyində, Lökbatan qəsəbəsi istiqamətində "xxxx" MMC-nin mülkiyyətində olan, idarə etdiyi “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş sürət həddini 11 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzədə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzədə tutulan əməl törədilərkən DİN-nin BDYPİ-də “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat olmadığı üçün xx.xx.2025-ci il tarixdə BDYPİ-dən "xxxx" MMC ilə əlaqə saxlanılaraq həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş edilmiş, bu barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməyəcəyi halda Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə məsuliyyətin nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. DİN-nin BDYPİ-nin Web Portalından edilmiş çıxarıdşan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan ağ rəngli “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi həvalə olunan şəxsin barəsində hər hansı məlumat mövcud deyildir. "xxxx" MMC-nin Qaradağ RPİ-nin DYPŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli 001-25 nömrəli məktubundan görünür ki, “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**- JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3r. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC-nin nəqliyyat vasitələrinin sahibləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə, yəni nəqliyyat vasitəsinin istifadəsi həvalə olunmuş şəxs barədə məlumatların əvvəlcədən verilməməsi əməli törətməsi öz təsdiqini tapmışdır. Belə ki, "xxxx" MMC-nin mülkiyyətində olan “MERCEDES BENZ ACTROS 1845 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün X5 olması barədə 2025-ci ilin əvvəlindən DİN-nin BDYPİ-nə məlumat verməli olduğu halda, bu barədə yalnız X5 idarə etdiyi həmin nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutlan inzibati xətaya yol verdikdən sonra xx.xx.2025-ci il tarixdə DİN-nin BDYPİnin sorğusu əsasında məlumat vermişdir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən, İXM-nin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 43.3-1-ci maddəsinə əsasən, İXM-nin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır. Azərbaycan Respublikası İXM-nin 18.6-cı maddəsinə əsasən, İXM-nin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə "xxxx" MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, həmin hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş üç yüz manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Malikoğulları Transport” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar