Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1544/2021 17.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1965-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar bağ evləri ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 17 dekabr 2021-ci il tarixli MN №0956625 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 25 oktyabr 2021-ci il tarixdə saat 08:00 radələrində Ələt qəsəbəsi ərazisində mal-qara otaran X3 ağacla döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİnin 11-ci PB-nın sahə inspektoru, polis leytenantı X8 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 11-ci PB-nın sahə inspektoru, polis leytenantı X10 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİnin 11-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X9 03 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin 11-ci PB-nin aidiyyatı əməkdaşlarına təqdim edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 öz izahatında bildirmişdir ki, o X1 məxsus sahədə mal-qara otarır. 25 oktyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində otlaq sahəsində mal-qara otararkən Arif və Adıgözəl adlı şəxslər ona yaxınlaşmış, ünvanına nalayiq ifadələr işlədərək heyvanları başqa əraziyə aparmasını bildirmiş, heyvanları qovmağa başlamışlar. Nəticədə aralarında münaqişə yaranmış və bu zaman Şəxs əlindəki ağacla onu vuraraq xəsarət yetirmişdir. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, heyvandarlıqla məşğul olur. Heyvanlarını Bakı şəhəri, Ələt qəsəbəsi ərazisində otarır və həmin otlaq sahəsi ümumi olmaqla Ələt qəsəbə sakinlərinə məxsusdur. Niftəli Nİftəliyev isə həmin ərazilərin ona məxsus olduğunu iddia edir və onun həmin ərazidə heyvan otarmasına mane olur. Hadisə baş verən gün yəni 25 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Cahangirin heyvanlarını magistral yola yaxın otardığını görmüş, həmin vaxt Cahangirə iradlar bildirmiş, nəticədə aralarında münaqişə yaranmış və münaqişə zamanı Cahangir itlərini onun üstünə qışqırtmışdır. O itləri özündən uzaqlaşdırmaq məqsədilə ağacla vurmuş, bu zaman bilməyərəkdən ağacla Cahangiri də vurmuş ola biləcəyini qeyd etmişdir. Məhkəmədən ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X9 03 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin 11-ci PB-nin aidiyyatı əməkdaşlarına təqdim edilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizası və X5 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli 774 nömrəli ekspert rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunmuş xəsarətlər- sol kürək, sol diz oynağının arxa səthinin və sol baldır nahiyələrinin qançırları bərk küt əşya (alət) təsirindən, müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 25.10.2021-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və şəxsiyyətini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş, inzibati qaydada tutma haqqında 16 dekabr 2021-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati işlə bağlı 16 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal inzibati tutulmadan azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1544/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1544/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver