Məhkəmə qərarları › İş №3(002)-1545/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1545/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1545/2020 16.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, X2 iştirakları ilə, X7 AR Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00100/1832 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00100/1832 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X10 şöbəsinin rəisi müavini gömrük xidməti mayoru X6 (inzibati pratokol mənə əlbə-əl təqdim edilmişdir) xx.xx.2020-cı il tarixli İnzibati tənbeh vermə haqqında 00100/1832saylı pratokola əsasən mənim barəmdə İXM-nin 485.2-ci maddəsi ilə inzibati qərar qəbul edilmiş qərara əsasən 1000 manat cərimə olunmuşam. Hesab edirəm ki, Qərar qanunsuz və əsassızdır odur ki, Qərar ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Belə ki, mən Türkiyədən 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsi ilə öz şəxsi istifadəm üçün yayda kölgələmə (bisetka, söhbətgah) qurğusu gətirmişəm.Lakin mən fiziki şəxs kimi bəyannamə versəmdə VÖEN-nim olduğu üçün barəmdə İXM-nin 485.2-ci maddəsi ilə inzibati qərar qəbul edərək 1000 (min) manat cərimə tətbiq etmişdir. Mən Şəhər Baş Gömrük İdarəsinin əməkdaşına öz etirazımı bildirdim ki, bəs sözügedən maları mən şəxsi istifadəm üçün gətirmişəm və bununla bağlı olaraq gömrük bəyannaməsində 37-ci qrafada 40.00-28 göstərmişəm. Hesab edirəm ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşının qəbul etdiyi inzibati qərar ləğv edilməli və icraata xitam verilməlidir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X10 şöbəsinin rəis müavini gömrük xidməti mayoru X9 tərəfindən xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında 00100/1832 saylı pratokol əsasında barəmdə İXM-nin 485.2-ci maddəsi ilə qəbul edilmiş inzibati qərarı ləğv edərək icraata xitam verəsiniz. Məhkəmə iclasında iştirak edən X11 şikayət ərizəsini müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki,. Adına Türkiyədən 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş yük Bakı Baş Gömrük idarəsində **********3579 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmişdir. Bir ədəd səxsi istifadə üçün kölgələmə yükü gətirmiş, şəxsi istifadə üçün gələn mallara qısa idxal bəyannaməsi verilmədiyi üçün, o da gömrük orqanına qısa idxal bəyannaməsi göstərməmişdir. X3 **********3579 eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən vəzifəli şəxs kimi malları fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasına idxal etmişdir. Məlum olmuşdur ki, bu zaman xx.xx.2020-ci il tarixli 00100-1852/20 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına əsasən AR İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. Təqsirli hesab edildiyi həmin maddədə deyilir: ” Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir. Maddəyə bu bənd xx xxxxxx 2018-ci il tarixdə 10432 VQD saylı qanunla əlavə edilmişdir. Bildirir ki, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılıb hüquqi qiymət verilməmiş, nəticədə şikayət yaranmışdır. Barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli Qanununun, habelə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli Fərmanının tələblərinə ziddir. Ona görə də, göstərdiklərini nəzərə alaraq, AR Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00100/1832 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən AR Dövlət Gömrük Komitəsinin etibarnamə üzrə nümayəndəsi X13 izahatında göstərmişdir ki, hüquqi şəxs yaratmadan ********** nömrəli vergi ödəyicisının eyniləşdirmə nömrəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs kimi vəzifəli şəxs hesab edilən Azərbaycan Respublikası vətəndaşı X11 tərəfindən Türkiyədən 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə idxal olunun yük xx xxxxxx 2020-ci il tarixdə **********3579 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilmədiyi müəyyən edilmişdir. 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə idxal olunun yük xx.xx.2020-cı ıl tarixdə saat 00:12 radələrində Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuş, lakin X11 tərəfindən qeyd olunan mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına elektron qaydada verilməmişdir. Belə ki, Bakı Baş Gömrük idarəsinin "Gömrük Prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/023983 nömrəli, xx.xx.2020-ci il tarixli raporta əsasən X11, ünvanına 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş və **********3579 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunun yük üçün qısa idxal bəyannaməsi gömrük ərazisinə daxil olmamışdan əvvəl gömrük orqanına elektron qaydada verməmişdir. Ona görə də hesab edir ki, X7 şikayət ərizəsi əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-cu il tarixli, 00100-1852/20 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Türkiyədən 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə idxal olunun yük xx xxxxxx 2020-ci il tarixdə **********3579 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilmədiyi müəyyən edilmişdir. 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə idxal olunun yük xx.xx.2020-cı ıl tarixdə saat 00:12 radələrində Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuş, lakin X11 tərəfindən qeyd olunan mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına elektron qaydada verilməmişdir. Belə ki, Bakı Baş Gömrük idarəsinin "Gömrük Prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/023983 nömrəli, xx.xx.2020-ci il tarixli raporta əsasən X11, ünvanına 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş və **********3579 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi gömrük ərazisinə daxil olmamışdan əvvəl gömrük orqanına elektron qaydada verməmişdir. Bununlada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AR Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 00100/1832 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabietinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” nın 2-ci bəndinə əsasən yalnız qərarın 2.1.2-ci bəndində qeyd olunan malların məbləğindən artıq olmayan mallar fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutlmayan mallar hesab edilir. Həmin Qərarın “2.1.2-ci bəndinə əsasən bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;” Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikası vətəndaşı X7 ünvanına göndərilən mallar xx.xx.2020-cı il tarixdə saat 00:12 radələrində Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir **********3579 sorğu nömrəli xx xxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsinin sürətindən görünür ki, bəyan edilən 01 ədəd bağ evində istifadə etmək üçün kölgələmənin ümumi gömrük dəyəri 14648 (on dörd min altı yüz qırx səkkiz) manat təşkil edir. Məhkəmə şikayət ərizəsini, proses iştirakçılarının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə uyğun olaraq, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında işüzrəicraat aparılan fizikişəxsə və ya hüquqişəxsin nümayəndəsinə, habeləinzibati xəta haqqında işüzrəicraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəlişəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görəinzibati xəta haqqında işüzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır, bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 113.1-ci maddəsinə əsasən Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, xx xxx 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan ********** nömrəli vergi ödəyicisinin eynitəşdirmə nömrəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs kimi vəzifəli şəxs hesab edilən X11 tərəfindən kommersiya məqsədi ilə Türkiyədən 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə idxal olunun yük xx xxxxxx 2020-ci il tarixdə **********3579 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilmədiyi müəyyən edilmişdir. 34FU9187/34FU9200 nömrəli nəqliyyat vasitəsilə idxal olunun yük xx.xx.2020-ci il tarixdə saat 00:12 radələrində Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuş, lakin X11 tərəfindən qeyd olunan mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına elektron qaydada verilməmişdir. Bu səbəbdən də, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X10 şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X8 tərəfindən X11 Bakı Baş Gömrük İdarəsinə dəvət olunaraq izahatı alınmış və o, izahatında həmin malları şəxsi istifadəsi üçün gətirdiyindən gömrük orqanına qısa idxal bəyannaməsini vermədiyini bildirmişdir. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X10 şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X8 tərəfindən X7 törətdiyi inzibati xəta sübuta yetirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxxxxxx 2020-cu il tarixli, 00100-1852/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək protokolun sürəti sonuncuya verilmiş və bu barədə hüquqları izah olunmuşdur. Həmin protokol əsasında R.Səmədzadə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 00100/1832 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən R.Səmədzadə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1.000 (min) manat məbləğində cərimə edilmişdir. Bununla da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar heç bir pozuntuya yol verilmədən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, AR Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 00100/1832 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qanuni və əsaslı olduğundan X7 şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 00100/1832 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayəti təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar