Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1545/2021 21.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs (Şəxs Novruz oğlu) iştirakı ilə, Şəxs Novruz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən Şəxs Novruz oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında materiallardan və 16 dekabr 2021-ci il tarixli, 13000-0899/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş 02.12.2021-ci il tarixli 34/022/004720 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir kı, 01.12.2021-ci il tarixində Gürcüstan Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Qazaxıstan Respublikasına daşınan, **********4450 saylı və **********4451 saylı gömrük bəyannamələri üzrə bəyan edilən 6 (altı) ədəd minik avtomobilinin yükləndiyi və milliyyətcə əslən azərbaycanlı olan Gürcüstan Respublikası vətəndaşı Şəxs (P GEO 15BB93593) idarə etdiyi RX001MT/AA101V dövlət nömrə nişanlı “SCANİA P380” markalı yedəyində minik avtomobili daşıyan nəgliyyat vasitəsi “BDTL” gömrük postuna daxil olmuşdur. Həmin nəgliyyat vasitəsinin yedəyində olan minik avtomobillər gömrük postunun ərazisində boşaldılmalı və gəmi vasitəsilə Qazaxıstan Respublikasına daşınmalı idi. Minik avtomobillərinin gəmi nəgliyyat vasitəsinə yüklənməsi üçün boşaldılması prosesi zamanı həmin altı ədəd minik avtomobilində gömrük yoxlanması həyata keçirilmişdir. Yoxlama zamanı həmin altı ədəd avtomobildən biri olan MM674BM dövlət nömrə nişanlı "TOYOTA CAMRY” markalı nəgliyyat vasitəsinin salonunun sağ aşağı hissəsində yerləşən saxlanc gutusunun (bardaçok) arxa hissəsində, gizli saxlanc yeri ola biləcək və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə yerləşdirilmiş üzərində “MAKAROV” yazısı olan “15CQ2883” №li üst hissəsi gara rəngli metaldan, aşağı hissəsi isə gəhvəyi rəngli plastmas materialından və bir ədəd içərisi boş vəziyyətdə metal sandıqçası olan 1 ədəd tapança aşkar edilmişdir. Müvafiq olaraq gömrük orqanı tərəfindən prosessual hərəkətlər aparılmış, hal şahidlərinin də iştirakı ilə baxış protokolu tərtib edilmiş və aşkar edilmiş hüquqpozma predmeti məhkəmə ballistık və əmtəəşünaslıq ekspertizasının aparılması məqsədilə həmin protokol əsasında götürülmüşdür. Qeyd edilən fakt üzrə MM674BM dövlət nömrə nişanlı “TOYOTA CAMRY” markalı nəgliyyat vasitəsinin sürücüsü Gürcüstan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə 13000-0899/21 saylı iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş üçün əhəmiyyət kəsb etdiyi üçün aşkar edilmiş silahın məhkəmə ballistik və əmtəəşünaslıq ekspertizasının aparılması üçün inzibati xəta materialına əlavə edilmiş 03.12.2021-ci il tarixli 2000-013/001-22/000950 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Həmin qurumdan daxil olmuş 13.12.2021-ci il tarixli 3/2004-9/8903 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “MAKAROV" modelli, “15C02883” №li, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapançadır və yivli odlu silah, eləcə də qaz silahı hesab edilmir. Tapançanın üzərində sıxılmış hava balonunun olmaması səbəbindən ondan eksperimental mərmicik atmaq mümkün olmamış buna görə də pnevmatik tapançanın istifadəyə yararlığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, silahın üzərində istehsal ilini bildirən hər hansı yazıişarə olmadığından onun istehsal ilini də müəyyən etmək mümkün olmamışdır. Əmtəəşünaslıq tədgigatına təqdim olunmuş təlim-məşg təyinatlı pnevmatik tapançanın bazar dəyərinin isə müvafiq ekspert rəyinə əsasən təqribən 120 (yüz iyirmi) manat olduğu müəyyən edilmişdir. Faktla əlaqədar olaraq 16.12.2021-ci il tarixdə barəsində inzibati icraat aparılan RX001MT/AA101V dövlət nömrə nişanlı “SCANİA P380” markalı nəqliyyat vasitəsinin sürücüsü, milliyyətcə azərbaycanlı olan Gürcüstan Respublikası vətəndaşı Şəxs Novruz oğlu (P GEO 15BB93593) sorğu-sual edilmiş və müvafiq protokol tərtib edilmişdir. Şəxs öz izahatında, idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş minik avtomobilinin salonunda saxlanc qutusunun arxasında aşkar edilən silahın hansı şəraitdə oraya yerləşdirilməsindən məlumatsız olduğunu bildirmiş, avtomobillərin nəqliyyat vasitəsinə yüklənməsi prosesi zamanı onlara vizual baxış keçirərkən hər hansı şübhələnməyə əsas verən bir halla qarşılaşmadığını qeyd etmiş, eyni zamanda aparılan araşdırmaya və gələcəkdə məhkəmə tərəfindən qanunvericilik çərçivəsində görüləəck tədbirlərə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Novruz oğlu öz izahatında törətdiyi əməldən peşiman olduğunu və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraat aparılan şəxsin və nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs Novruz oğlu tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində göstərilir ki, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs Novruz oğlu barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə müsadirə inzibati tənbeh növünün tətbiq edilməsini daha məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs (Şəxs Novruz oğlu) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan; zavod üsulu ilə istehsal edilmiş 4.5 mm kalibrli “Makarov” modelli “15C02883” nömrəli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlimməşq təyinatlı bir ədəd pnevmatik tapança müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1545/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1545/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver