Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1552/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi ilə, X1 barəsində xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il trixli, TP ******* saylı və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il trixli, TP ******* saylı və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, şikayətçi barəsində qəbul edilmiş inzibati qərarlardan ayrı-ayrılıqda şikayətlə məhkəməyə müraciət etməli olmasına baxmayaraq, o, eyni ərizədə üç müxtəlif inzibati tənbeh vermə haqqında qərarın - xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il trixli, TP ******* saylı və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, sözügedən qərarlar şikayəçi barəsində müxtəlif vaxtlarda müxtəlif yerlərdə törədilmiş yerlərdə inzibati xəta hadisələrinə görə tətbiq edilmişdir. Belə olan halda həmin qərarların qanuniliyi və əsaslılığının bir icraatda yoxlanılması işin keyfiyyətli araşdırılmasına mane olmaqla məqsədə uyğun deyildir. Ona görə də məhkəmə üç müxtəlif inzibati tənbehvermə haqqında qərarın qanuniliyinə bir şikayət əsasında bir icraat çərçivəsində hüquqi qiymət verilməsini mümkün hesab etməyərək şikayətin icraata qəbul edilmədən geri qaytarılması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə şikayət vermiş şəxsin nəzərinə çatdırır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması mümkündür. Odur ki, müvafiq qərardan şikayətə vəsatət əlavə olunmaqla yaşayış yer üzrə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il trixli, TP ******* saylı və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il trixli, TP ******* saylı və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı, xx.xx.2025-ci il trixli, TP ******* saylı və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququ şikayətçi X2 izah edilsin. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1552/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1552/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver