Məhkəmə qərarları › İş №3(002)-1556/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1556/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1556/2021 30.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş 10 dekabr 2021-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonunda fəaliyyət göstərən Şəxs MMC 18750.00 (on səkkiz min yeddi yüz əlli ) ABŞ dolları məbləğində olan vəsaiti 14 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 18750.00 (on səkkiz min yeddi yüz əlli ) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. İnzibati xəta 15 noyabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 öz izahatında verilmiş protokolun əsassız olduğunu bildirərərk, Şəxs MMC-nin yarandığı vaxtdan hal-hazıradək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, "xxxx" ASC-nin ünvanında fəaliyyət göstərdiyini və buna görə də inzibati materialın aidiyyəti üzrə həmin rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş icarə müqavilələrinin surətlərindən də görünür ki, “İcərədar” "xxxx" ASC, Bakı şəhəri, Nərimanov rayonu, A.Mirzəyev küçəsi, 31 ünvanında yerləşən 150 kv.metr sahəni anbar və ofis kimi istifadə etmək üçün icarəçi Şəxs MMC-yə vermişdir. Göründüyü kimi törədiməsi ehtimal olunan inzibati xəta Qaradağ rayonunun ərazisində deyil, hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi Nərimanov rayonunun ərazisində baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar