Məhkəmə qərarları › İş №3(002)-1556/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1556/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1556/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, 5-ci döngə nömrəsiz fərdi evdə yaşayan və Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:10 radələrində Qaradağ rayon DYPŞ-nin inzibati binasında səs-küy salıb, nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozmuş və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilənlərlə bağlı Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X10 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, barəsində tərtib edilmiş protokol tam olaraq əsassız və qanunsuzdur. O, 02 avqust 2025-ci il tarixdə saat 08 radələrində işlədiyi şirkətə məxsus “Hyundai” markalı avtomobillə sürət həddini aşdığına görə Qaradağ RPİ-nin DYPŞ-nin əməkdaşları onu saxlayıb sənədlərini və avtomobilinin açarlarını tələb etmişlər. O, etdiyi qayda pozuntusunu etiraf edərək barəsində inzibati protokol tərtib edilməsini istəmişdir. Sürət hədddinin cəriməsini soruşsa da yol polis əməkdaşları ona məlumat verməmişlər. Bu barədə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Əvvəlcə Qaradağ RPİ-nin DYPŞ-yə, oradan da Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparılmışdır. Ona qarşı izahat verən şahidlər düzgün izahat vermirlər, hər iki şahid onu şərləyirlər. Xüsusən də Qaradağ RPİ-nin DYPŞ tərəfindən məhkəməyə şahid kimi təqdim edilən mülki şəxs X9 ona qarşı düzgün şahidlik etmir. Həmin şahid kimi təqdim edilən C.L.Qasımov məhkəmə iclasında onu DYPŞ-də 02 avqust 2025-ci il tarixdə gah saat 12 radələrindən sonra, gah da saat 14 radələrindən sonra gördüyünü, guya onun polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarına qarşı zorakılıq etdiyini gördüyünü bildirir. Lakin o, 02 avqust 2025-ci il tarixdə saat 09 radələrində Qaradağ RPİ-nin DYPŞ-də, həmin gün saat 11 radələrində isə Qaradağ RPİ-nin 10-cu PŞdə olmuşdur. X3 DYPŞ tərəfindən ona qarşı yalandan şahidlik etməsi üçün gətirildiyindən şübhələnir. O, C.L.Qasımovu orada görməmişdir, ümumiyyətlə həmin şəxsi tanımır, 02 avqust 2025-ci il tarixdə Qaradağ DYPŞ-də C.L.Qasımovla hər hansı ünsiyyəti olmamışdır. Digər şahid kimi göstərilən şəxs isə Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektorlarından polis serjantı X8 polis əməkdaşı olduğundan ona qarşı düzgün izahat vermir. O, hər hansı polis əməkdaşının qanuni tələblərinə tabe olmama, həmçinin xırda xuliqanlıq əməlini törətməmişdir. Heç kəsə qarşı nalayiq ifadələr işlətməmiş, kiməsə qarşı zor tətbiq etməmişdir. Ona görə də Qaradağ RPİ-nin DYPŞ-nin əməkdaşı X8 və Qaradağ DYPŞ-nin şahid kimi təqdim etdiyi X9 izahatlarında düzgün danışmırlar. Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. İş üzrə şahid Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru polis serjantı X8 bildirmişdir ki, Şəxs idarə etdiyi avtomobillə manevr qaydasını pozduğuna görə Qaradağ RPİ-nin DYPŞ əməkdaşları tərəfindən saxlanılmış, elektron qərar tərtib etmək üçün istifadə edilən planşet işləmədiyindən Şəxs Qaradağ RPİ-nin DYPŞ-yə dəvət edilmişdir. Şəxs orada inzibati binada səs-küy salıb nalayiq ifadələr işlədərək iş rejimini pozmuş, ona dəfələrlə xəbərdarlıq edilsə də polisin qanuni tələblərinə məhəl qoymamışdır. Həmin hadisənin hər hansı videogörüntüsünün və audioqeydiyyatının olmadığını, bir nəfər mülki şəxs X3 hadisənin şahidi olduğunu, həmin şahidi zəng vuraraq hazırki məhkəmə iclasına gətirəcəyini bildirmişdir. İş üzrə şahid X9 bildirmişdir ki, xx.xx.1968-ci il tarixdə Naxçıvan MR-in Şərur rayonunda doğulmuşdur. Qaradağ rayonu Sədərək ticarət mərkəzi tərəfdə taksi kimi fəaliyyət göstərir. 02 avqust 2025-ci il tarixdə cəriməsinin olub-olmadığını yoxlatmaq məqsədilə Qaradağ RPİ-nin DYPŞ-nin inzibati binasının içərisində olan zaman Şəxs səsküy salaraq polis əməkdaşlarını təhqir etdiyini, onları əli ilə itələdiyini görmüşdür. Sonra isə o, həmin binadan çıxıb getmişdir. X4 verilən suallara cavab olaraq o, əvvəlcə 02 avqust 2025-ci il tarixdə saat 12 radələrindən sonra, məhkəmə iclasının gedişatında isə 02 avqust 2025-ci il tarixdə saat 14 radələrindən sonra Qaradağ RPİ-nin DYPŞ-də olduğunu, Şəxs 02 avqust 2025-ci il tarixdə Qaradağ RPİ-nin DYPŞ-nin inzibati binasında səs-küy saldığını gördüyünü bildirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs qarşı izahat verən şahid kimi qeyd edilən şəxslərdən biri Qaradağ RPİnin DYPŞ-nin YPX inspektoru polis serjantı X8, digəri isə V.H.Şirinovun özünün mobil telefonla zəng vuraraq hazırki məhkəmə iclasına şahid kimi dəvət etdiyi mülki şəxs X5r. X1, həm də X3 məhkəmədə verdiyi izahatlar kifayət qədər şübhə doğurur, ziddiyyətlidir. Bundan başqa, Qaradağ RPİ-nin DYPŞ-nin inzibati binasında hadisənin hər hansı videogörüntüsü və audioqeydiyyatı yoxdur. Şəxs yol hərəkəti qaydalarını pozduğuna görə Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən saxlanıldığı vaxt YPX inspektorlarının vətəndaş Şəxs ilə apardığı ünsiyyətinin hər hansı videogörüntüsü yoxdur. Yol-hərəkəti qaydalarının pozuntusunu qeydə almaq üçün planşetin işləməməsi barədə Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 dedikləri də kifayət qədər şübhə doğurur. Bundan başqa, Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru polis serjantı X2 məhkəməyə şahid kimi təqdim etdiyi X6 məhkəmə iclas zalından kənarda qarşıladığı və bir müddət sonra birlikdə məhkəmə iclas zalına qayıtdığı müşahidə edilmişdir. Bu da ki, X1nun, həm də X3 izahatlarının həqiqiliyini kifayət qədər şübhə altına alır.Buna görə də hər iki şahid kimi təqdim edilən şəxslərin izahatları mötəbər sübut olaraq qəbul edilə bilməz. Azərbaycan RXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq etməsi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması əməlinə yol vermədiyi, Asif Süleymanovun əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Azərbayca Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar