Məhkəmə qərarları › İş №3(002)-1558/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1558/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1558/2021 20.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X11, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X23 oğlunun iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X15, X4 barəsində protokol tərtib edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-166/2021 saylı, 30 mart 2021-ci il tarixli icra vərəqəsi üzrə 780 manat borcu üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X15 izahat verərək bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-166/2021 saylı, 30 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən 30 may 2016-cı il təvəllüdlü X8 və 09 mart 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X10 19 avqust 2021-ci il tarixdən başlayaraq, iddiaçı X6 xeyrinə hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X4 aliment borcu bu günə 780 manat təşkil etməklə heç bir ödəniş etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. X5 rayon İcra Şöbəsində verdiyi izahatında hər ay vaxtlı-vaxtında aliment borcunu ödədiyini, bəzi səbəblərə görə gecikmələr olduğunu bildirmişdir. Tələbin icrası ilə bağlı borclu çağırışlara da vaxtlı-vaxtıdan gəlmir. Bu gün də borclu icra şöbəsinə gəlməkdən imtina etdiyinə görə onun tərəfindən məcburi qaydada evindən götürülərək iclasa gətirilmişdir. Odur ki, X16 barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X2 öz izahatında bildirmişdir ki, X16 780 manat məbləğində aliment borcunu son iki ayda ödəməmişdir. Hal-hazırda bir övladı autizmdən əziyyət çəkməklə xüsusi qayğıya ehtiyacı vardır. Özü çox ciddi maddi sıxıntılar çəkməklə iki övladını təkbaşına böyütməkdə əziyyət çəkir və alimentin vaxtında ödənilməməsi onu çox çətin vəziyyətdə qoyur. Buna görə də borclu barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 öz izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, hər ay vaxtlıvaxtında aliment borcunu ödəmişdir. Hal-hazırda ödənilməmiş 520 manat aliment borcu vardır və ona vaxt veriləcəyi təqdirdə qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, X16 heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 20 dekabr 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi və eləcə də icra məmurunun çağırışlarına hər hansı bir üzrlü səbəb olmadan gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də X12 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. X16 (Bəhruz Mirzə oğlu) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 20 dekabr 2021-ci il tarixdən saat 16:05-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar