Məhkəmə qərarları › İş №3(002)-1559/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1559/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1559/2021 20.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 20 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəmkir rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X11 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək çıxışında bildirmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli icra vərəqəsinə əsasən Qaradağ rayon məhkəməsinin 26 dekabr 2011-ci il tarixli, 2(002)-1915 saylı qətnaməsi əsasında bir uşağın saxlanması üçün X2 xeyrinə Şəxs tutulan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, Şəxs 01 yanvar 2009-cu il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 115 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 01 yanvar 2009-cu il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, cavabdeh Şəxs iddiaçı Qasımova (Gülməmmədova) Mələk Savid qızının xeyrinə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Bundan sonra 20.12.2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ rayon İcra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin hər hansı müsbət nəticə əldə olunmamışdır. Borclu öhdəliklərini tam və vaxtında icra etmədiyi üçün bu günə onun 3125 manat aliment borcu yaranmışdır. Görülmüş icra tədbirləri müsbət nəticə vermədiyindən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 20 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X1 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli icra vərəqəsinə əsasən Qaradağ rayon məhkəməsinin 26 dekabr 2011-ci il tarixli, 2(002)- 1915 saylı qətnaməsi əsasında bir uşağın saxlanması üçün X2 xeyrinə Şəxs tutulan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, Şəxs 01 yanvar 2009-cu il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 115 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 01 yanvar 2009-cu il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, cavabdeh Şəxs onun xeyrinə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Ümumilikdə 950 manat onun xeyrinə tutulmuşdur. Borclu tərəfindən ödənilməmiş qalan aliment borcu 3125 manat təşkil edir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan 3125 manat aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra vərəqəsindən xəbərdardır. Maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin aliment öhdəliyini qəsdən icra etməməməsi halı mövcud olmadığından iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli icra vərəqəsinə əsasən Qaradağ rayon məhkəməsinin 26 dekabr 2011-ci il tarixli, 2(002)-1915 saylı qətnaməsi əsasında bir uşağın saxlanması üçün X2 xeyrinə Şəxs tutulan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, Şəxs 01 yanvar 2009-cu il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 115 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. İcraata başlama haqqında 16.03.2017-ci il tarixli qərarın surətindən görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 01 yanvar 2009-cu il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)-395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, cavabdeh Şəxs iddiaçı Qasımova (Gülməmmədova) Mələk Savid qızının xeyrinə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında 12.03.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. 20.12.2021-ci il tarixli qərardan görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 395/2017 saylı, 09 yanvar 2017-ci il tarixli və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-520/2021 saylı, 11 fevral 2021-ci il tarixli icra vərəqələrinin ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə ümumilikdə 950 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 20 dekabr 2021-ci il saat 16:30dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 20 dekabr 2021-ci il saat 16:30-dan hesablansın. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar