Məhkəmə qərarları › İş №3(002)-156/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-156/2022

07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-156/2022 07.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC barəsində İXM-nin 211.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 03 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, 03 noyabr 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında yerləşən “Rahat” marketdə tibbi maskadan istifadə qaydalarıın pozulması halı müşahidə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına qeyd olunan inzibati materialın məhkəməyə göndərilməsinə dair hər hansı bir qərardad əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati işə Qaradağ rayon Məhkəməsində baxılaraq məhkəmənin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Qeyd olunan qərardan Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilməklə Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün yenidən Qaradağ rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra həmin iş 27 yanvar 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında tərəflərin iştirak etməsinin təmin edilməsi məqsədilə, yəni tərəflərə göndərilən bildirişin ünvanlara çatıb onların rəsmi xəbərdar edilməsi məqsədilə məhkəmə iclası inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq 07 fevral 2022-ci il tarixə, saat 15:35-ə təyin edilmişdir. Lakin hər iki tərəf məhkəmə bildirişlərini alsalar da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Bununla da hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara dair sübutları və dəlilləri məhkəməyə təqdim etməməklə məhkəmənin iş üzrə tam, hərtərəfli və obyektiv qərar qəbul etməsinə şərait yaratmamışlar. Bundan başqa iş üzrə qəbul edilmiş protokol İXM-nin tələbləri pozulmaqla tərtib edilmiş, protokolda istinad edilən “211.3” rəqəmləri sonradan düzəliş edilməklə dəyişdirilmiş, lakin bu barədə protokolda müvafiq möhürlə təsdiqlənmiş qeyd öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa iş materiallarına inzibati xətanın baş verdiyi yerin olduğu iddia edilən müəyyən fotoşəkillər əlavə olunmuşdur. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXMnin 81.3-cü maddəsinin tələblərinə də əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Bundan başqa iş materiallarına əlavə edilmiş 03 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmiş və eləcə də protokolda “obyektdə səlahiyyətli şəxs olmadığı üçün imza edə bilmədi” qeydi edilmişdir. Belə olan halda inzibati araşdırmanın aparılmasının vaxtı və yeri barədə, yəni inzibati protokolun tərtib edilməsi üçün pozuntu törədən hüquqi şəxsə qanuna uyğun bildirişin göndərilməsi zəruri idi. Lakin bununla bağlı protokolda heç bir qeyd öz əksini tapmamış və iş materiallarına da bu barədə hər hansı bir sübut əlavə edilməmişdir. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinə verilməsi və ya hüquqi şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-nin 211.3-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar