Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1564/2024 31.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6107/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6107/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X3 şərəf və ləyaqətinə xələl gətirən yanlış ifadələrin işlədilməsinə və yayılmasına görə cavabdeh Şəxs üzərinə həmin ifadələrin yanlış olduğu qeyd olunmaqla iddiaçı X2 yazılı qaydada üzr istənilməsi vəzifəsi qoyulması, Şəxs üzərinə qızı X5 maxsus "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda X3 şərəf və ləyaqətinə xələl gətirən ifadələrin yanlış olduğu etiraf edilməklə təkzib edilməsi vəzifəsi qoyulması və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 31 yanvar 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən indiyədək icra sənədinin tələbləri yerinə yetirilməmişdir. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 31 may 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında verilmiş protokolu müdafiə edərək borclu Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6107/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli icra vərəqəsi icra edilmədiyi üçün məhkəmədən borclu barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, o, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə razı olmadığı üçün kassasiya şikayəti vermək qərarına gəlmişdir. Lakin həmin qərar rəsmi qaydada ona nə göndərilməmiş, nə də ki təqdim edilməmişdir. Belə ki, o qeydiyyatda olduğu ünvanda yaşamır. Buna görə də Bakı Apellyasiya Məhkəməsinə şəxsən müraciət edərək 12 mart 2024-cü il tarixdə qeyd olunan qətnamənin surətini almış və kassasiya şikayəti vermişdir. Lakin ona izah olunmuşdur ki, kassasiya şikayəti vəkilin iştirakı ilə verilməlidir. Maddi imkanı olmadığı üçün dövlət hesabına vəkillə təmin olunması üçün Bakı Apellyasiya Məhkəməsinə rəsmi ərizə ilə müraciət etmiş və onun ərizəsinə 14 may 2024cü il tarixdə baxılaraq dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilmişdir. Hal-hazırda kassasiya şikayəti vermək üçün vəkillə danışıqlar mərhələsindədir. Ali Məhkəmədə uduzacağı təqdirdə qətnamənin icrasını təmin edəcəkdir. Hal-hazırda qətnamə qanuni qüvvəyə minmədiyi üçübn barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan mülki iş üzrə cavabdehin kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6107/2023 saylı, 14 may 2024-cü il tarixli qərardadı ilə cavabdehin dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilmişdir. Göründüyü kimi qeyd olunan mülki iş cavabdeh tərəfindən mübahisələndirilərək kassasiya məhkəməsinə müraciət edilməsi mərhələsindədir. Belə olan halda həmin iş üzrə icra tədbirlərinin həyata keçirilməsi məqsədəmüvafiq sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində göstərilir ki: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1564/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1564/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver