Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1570/2021 27.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X6, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barədə Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 27 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 15 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan vətəndaş Səmədov İmaməliyə məxsus nar bağından 30 manat dəyərində nar oğurlamışdır. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis başleytenantı X10 tərəfindən qəbul edilmiş 15 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, 15 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 yaşadığı evin həyətyanı sahəsində yerləşən nar bağından müxtəlif vaxtlarda müxtəlif şəxslər tərəfindən 30 manat məbləğində nar meyvələrinin oğurlanması hadisəsində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraat açılması, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Qaradağ RPİ-nin 11-ci PB-yə göndərilməklə icrasının aidiyyatı əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, təhqiqat araşdırması zamanı Bakı şəhəri, ünvan 1-də yaşayan X1 RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətyanı sahəsindən müxtəlif vaxtlarda müxtəlif şəxslər tərəfindən nar oğurlandığını və nəticədə ona ümumilikdə 30 manat ziyan dəydini bildirmişdir. 26 dekabr 2021-ci il tarixdə X5 Ələt qəsəbəsində yerləşən “Polis məntəqəsinə” dəvət edilərək, oğurluq etmiş şəxsin müəyyən edilməsi ilə bağlı zərərçəkmiş şəxsin Qaradağ rayon məhkəməsinə gəlməsi bildirilsə də o, şikayətçi olduğunu bildirərək məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, özü heç bir oğurluq etməyib. Hadisə baş verən gün, yəni 15 sentyabr 2021-ci il tarixdə qonşuluqda yaşayan Səmədov İmaməliyə məxsus nar bağının yanından keçərkən bir ədəd nar dərmiş, bunu görən Səmədov İmaməli onu söyərək təhqir etmiş, o isə buna əhəmiyyət verməyərək çıxıb getmişdir. Bundan başqa Səmədov İmaməliyə məxsus nar bağından heç vaxt heç bir meyvə dərməmiş və ya oğurlamamışdır. Hətta belə bir fikri olmuş olsaydı belı həmin vaxtı nar meyvəsi hələ yetişməmişdir. O öz izahatında əlavə olaraq bu hadisə ilə bağlı polis bölməsində heç bir izahat vermədiyini, barəsində tərtib edilmiş protokolu oxumadan imza etdiyini göstərmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və işə baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə qaytarılmalıdır. Belə ki, inzibati icraat zamanı iş üzrə zərərçəkmiş şəxs polis bölməsinə dəvət edilməmiş, inzibati xəta törədilməsi ehtimal olunan şəxsin izahatı alınmamış, inzibati xəta törədilməsi ehtimal olunan Şəxs həqiqətən də qeyd olunan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı şikayətinin olubolmaması barədə ərizəsi alınmamışdır ki, bununla da İXM-nin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsində göstərilir ki, arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 39.2-ci maddəsində göstərir ki, Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 119.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda gösətrilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 119-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1570/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1570/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver