Məhkəmə qərarları › İş №3(002)-1575/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1575/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1575/2022 05.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, borclu Şəxs barəsində 05 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı 24 aprel 2017-ci il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, 24 aprel 2017-ci il tarixli icra sənədinə əsasən Qubadlı rayon Məhkəməsinin 2(028)-50/2016 saylı, 15 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər Şəxs və X7 34583.35 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra dövrü ərzində hal-hazırda Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan borclu X10 tərəfindən tələbkarın xeyrinə ümumilikdə 20900 ABŞ dolları məbləğində pul vəsaiti ödənmişdir. Qeyd olunan qətnamənin icrası ilə əlaqədar borclu Şəxs məxsus “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərraca çıxarılmış və demək olar ki, tam yarasız vəziyyətdə olan avtomobil hərracda 520 manata satılmışdır. Bu günədək borclu Şəxs tərəfindən avtomaşınla birlikdə cəmi 3760 manat məbləğində ödəniş edilmişdir. Və hər iki borclunun ümumilikdə bu günə 11471,59 ABŞ dolları məbləğində borcları isə hələ də qalmaqdadır. Bu səbəbdən də borclu borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 05 noyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Şəxs məişət cihazlarının təmiri ilə məşğul olmaqla müəyyən gəlirə malikdir. 2017-ci ildən bəri 35 min dollara yaxın borcdan cəmi 3500 manat ödəyib, bundan sonra ona 50-100 manat ödəniş etmək istəsə də o borcunu bütöv halda almaq istədiyini bildirib. Borclu hal-hazıradək müxtəlif bəhanələrlə borcu ödəməkdən qəsdən yayınır. Odur ki, borclu Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqindən xəbəri vardır. Özü hər iki Qarabağ müharibəsində vuruşmaqla, müharibə veteranıdır, bundan başqa şəkər xəstəsidir, himayəsində bir yetkinlik yaşına çatmayan övladı vardır. İcra məmurunun çağırışlarına vaxtlı vaxtında gedib-gəlir, borcundan isə indiyədək 5000 manata yaxın ödəniş etmişdir. Etdiyi ödənişlərin sənədləri isə üzərində olmadığına görə məhkəməyə təqdim edə bilmir. Ümumilikdə, digər borclu ilə birlikdə otuz dörd min ABŞ dolları borcdan cəmi on bir min dollar məbləği ödənilməmiş qalmışdır. Bu o deməkdir ki, hər iki borclu borcun ödənilməsində maraqlıdır və bu istiqamətdə çalışır. O, hal-hazırda borcdan yüksək məbləğdə ödəniş edə bilməyəcəyini, lakin imkan yaradılacağı təqdirdə növbəti aydan hər ay kifayət qədər ödənişlər edərək borcu bağlayacağını bildirmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 05 noyabr 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müharibə veteranı omasını, hazırki işə görə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi qaydada işləməməklə müvafiq gəlirə malik olmasını təsdiq edəcək hər hansı bir sübutların olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar