Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1578/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X1, Zərəçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Naxçıvan MR, Sədərək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 13 may 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də X2 boğazından tutaraq sinəsinə vurmuş və ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsində araşdırma aparılaraq fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X5 bildirmişdir ki, Şəxs 13 may 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də X2 boğazından tutaraq sinəsinə vurmuş və ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Protokolu müdafiə edir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Sədərək TM-də nəzarətçi işləyir. X2 işlədiyi sıraya nəzarət edir. İcarə pulunu ödəmədiyi üçün aralarında söz mübahisəsi olmuşdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 bildirmişdir ki, Səmədov X4 TM-də 11-ci sırada yer pulu yığır. 13 may 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək hər kəsin yanında boğazından tutaraq sinəsinə vurmuşdur. İş materiallarında olan 01 avqust 2025-ci il tarixli qərardan göründüyü kimi, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 xx.xx.2025-ci il tarixli, 285 №li ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin qançırı bərk küt əşya təsirindən müayinədən bir neçə saat əvvəl törənmişdir, zərərçəkmişin göstərdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, Şəxs hərəkətlərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxs ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1578/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1578/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver