Məhkəmə qərarları › İş №3(002)-1579/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1579/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1579/2025 14.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ 28913327 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ 28913327 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025ci il tarixli EQ 28913327 saylı inzibati tənbehvermə haqqında qərarı ilə o, qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 1200 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2025-ci il tarixli EQ 28913327 saylı protokol və inzibati xəta haqqında işin digər materiallarına götürülmüşdür. xx.xx.2025-ci il tarixdə, saat 10:55-də M-5 44.9 km, Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində X6 1840 LS yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXP-nin 353.5-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 1200 manat məbləğində cərimə edilmə haqqında tənbeh npvü tətbiq edilmişdir. Yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də (X3 çıxış əmtəə nəqliyyat qaiməsi) göründüyü kimi avtomobil yüklədiyi ərazidən 39 ton 320 kq çəki ilə xx.xx.2025-ci il tarixdə saat 01:45 radələrində çıxmışdır. Yükü təhvil alan Şəki rayonu ərazisində yerləşən Egas MMC-yə məxsus Egas anbar olmuşdur (ərizəyə əlavə edilmiş qaimədə Egas MMC-yə məxsus Egas anbar məsul işçisi tərəfindən yükün qəbulu öz imzası ilə təsdiq etməsi sübut olunur). Bundan başqa X5 Bakı şəhəri, Qaradağ rayonunda yerləşir. Qeyd olunan tarixdə həmin yerdə Şəki rayonuna kimi X1 istifadəsində olan X6 1840 LS yük markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əlavə olaraq hərəkətdə olduğu yolun üzərində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə məxsus 1 əlavə elektron tərəzidən də faktiki olaraq keçmişdir (qeyd olunan elektron tərəzi Bakı şəhəri, Qaradağ rayonunda ümumi istifadədə olan yollarda quraşdırılmışdır). Lakin yuxarıda qeyd olunan tarixdə həmin ərazilərdə eyni yük ilə keçən X1 istifadəsində olan X6 1840 LS yük markalı ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi heç bir inzibati pozuntu ilə qeyd alınmamışdır. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, X6 1840 LS yük markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə, saat 10.55də M-5 44.9 km, Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42770 kq olmuşdur. Hansı ki, ərizəyə əlavə etdiyi xx.xx.2025-ci il tarixli, tərəzi qəbzindən aydın olur ki, xx.xx.2025-ci il tarixdə, saat 10.55 radələrində sürücünün idarə etdiyi “**-JS-***” dövlət qeydiyyat avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 39200 kiloqram olmuşdur. Bundan başqa Şəki rayonu ərazisində yerləşən Egas MMC-yə məxsus Egas anbar tərəfindən həmin qəbzə əlavə edilmiş qeyddən də aydın olur ki, sürücünün idarə etdiyi “**-JS-***” dövlət qeydiyyat avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 39200 kiloqram olmaqla təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş EQ 28913327 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar