Məhkəmə qərarları › İş №3(002)-1581/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1581/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1581/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin 2(002)-618/2024 saylı, xx.xx.2024-cü il tarixli və 8(002)-232/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və onun icra vərəqəsi üzrə 2686 manat aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı 04 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs dəfələrlə icra vərəqəsinin icrası tələb edilsə də imkanı olmadığı üçün borcunu birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Borclu icra sənədini qərəzli şəkildə barəsində il ərzində inzibati tənbeh tətbiq edildikdən sonra təkrarən icra etməkdən yayınır. Şəxs 2686 manat aliment borcu vardır. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirmişdir ki, borclu onun qanuni çağırışlarına vaxtında gəlmiş, çağırışlardan boyun qaçırmamışdır. Borclu hazırda rəsmi işləyir və ayda 400 manat məbləğində əmək haqqı almaqdadır. Lakin o, borcunu birdəfəlik tam ödəyə bilmədiyi üçün sonuncu barəsində inzibati xətaya dair protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, rəsmi iş var və ayda 300 manat olmaqla hissəli ödəniş edə bilir. Həmçinin o, tələbkara əmək haqqının mədaxil edildiyi bank kartını da verməyə hazırdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində cəza tətbiq edilməməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ona 2686 manat aliment borcu vardır. Həmin borcun birdəfəlik ödənilməsini tələb edir. Borc ödənilmədiyi halda ona ciddi cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib edilərkən Şəxs borc öhdəliyini vaxtında icra etmək imkanına sahib olub-olmadığı araşdırılmamış və onun qətnaməni üzürsüz səbəbdən icra etməməsi barədə səhv qənaətə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu Şəxs qəsdən olaraq qətnamənin icrasından boyun qaçırmamışdır. Belə ki, icra orqanı tərəfindən borcun borclunun əmək haqqına yönəldilməsinə dair ilkin tədbirlər aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar