Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1582/2025 04.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, Protokol tərib edən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 04 avqust 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, 02 avqust 2025-ci il tarixdə Şəxs Qaradağ rayonu Lökbatan qəsəbəsi “Cənub Qapısı” Yaşayış Kompleksində narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclası zamanı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X6 bildirmişdir ki, 02 avqust 2025-ci il tarixdə Şəxs Qaradağ rayonu Lökbatan qəsəbəsi “Cənub Qapısı” Yaşayış Kompleksində narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Şəxs 02 avqust 2025-ci il tarixdə onun tərəfindən tutulmuş, 04 avqust 2025-ci il tarixdə Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 müayinədən keçmiş və bu barədə rəy tərtib edilmiş rəy nəticəsində məlum olmuşdur ki, Şəxs qanında narkotik vasitə aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ RPİ-nin 10-cu PŞ-də araşdırma aparılan müddətdə Şəxs özü müdafiəçi istəməmişdir. Şəxs 02 avqust 2025-ci il tarixdən tutulmasının səbəbi Namiq Feyzullayevin narkoloji müayinəyə göndərilməsi və müvafiq rəyin alınması zərurəti olmuşdur. Qeyd olunanlara əsasən tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol ona təqdim edilmişdir. Həmin protokolun mahiyyətini başa düşür. Həmin protokolda qeyd edilənlərlə razıdır. Ona hər hansı təzyiq göstərən olmamışdır. 10 aydır ki, narkotik vasitə olan marixuana istifadə edir. Marixuananı haradan əldə etdiyini xatırlamamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nə izahatı öz könüllü iradəsi ilə vermişdir. Əməlindən peşmandır. Məhkəmədən yüngül inzibati tənbeh verilməsini xahiş edir. Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, müdafiə etdiyi Şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-də müdafiə hüquqları pozulmuşdur. Şəxs narkotik vasitə olan marixuananı istifadə etdiyini etiraf edir. Narkoloji Mərkəzin rəyini də mübahisələndirə bilmədiklərinə görə, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin, yəni cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı Həmid Hüseynovun 02 avqust 2025-ci il tarixli raportundan görünür ki, 02 avqust 2025-ci il tarixdə saat 11:00 radələrində xidməti ərazidə olan zaman Qaradağ rayonu Lökbatan qəsəbəsi “Cənub Qapısı” Yaşayış Kompleksinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək, həmin şəxsə yaxınlaşmışdır. Özünü təqdim edərək vətəndaşla söhbət etməyə başlayan zaman, vətəndaşın qeyri-adekvat cavablar verdiyini görmüşdür. Onda həmin vətəndaşın narkotik vasitəsinin təsiri altında olması şübhəsi yaranmışdır. Daha sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat qrupunu həmin yerə çağıraraq vətəndaşı 10-cu PŞ-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.2003-cü il təvəllüdlü Şəxsdur. İş materiallarında olan 02 avqust 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 02 avqust 2025-ci il tarixdə saat 15:05-də tutulmuşdur. İş materiallarında olan 04 avqust 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, 02 avqust 2025-ci il tarixdə Şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapısı” Yaşayış Kompleksində narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 04 avqust 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardaddan görünür ki, 02 avqust 2025-ci il tarixdə Şəxs Narkoloji Dispanserin rəyi əsasında narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan protokol 04 avqust 2025-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 04 avqust 2025-ci il tarixli 4708 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də verdiyi 04 avqust 2025-ci il tarixli izahatdan görünür ki, o, təxminən 10 aydır ki, narkotik vasitə olan marixuana istifadə edir. Etdiyi əməldən səmimi peşmandır. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. İnzibati xəta haqqında iş üzrə toplanmış sübutların məcmusuna əsasən məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokolu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – polis sahə rəisləri, polis sahə inspektorlarının da tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən, Şəxs müvafiq olaraq məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də araşdırma aparılan zaman müdafiəçidən imtina edərək narkotik vasitə olan marixuanadan istifadə etməsini səmimi etiraf etmişdir. Şəxs məhkəmə iclası zamanı Qaradağ RPİ-də ona heç kəsin təzyiq etmədiyini, Qaradağ RPİ-nin 10-cu PŞ-də izahatını öz könüllü iradəsi ilə verdiyini bildirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə yekun qərarın çıxarılması Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə iclası zamanı Şəxs müdafiə hüquqlarının maksimum dərəcədə təmin edilməsi ona müdafiəçi təyin edilmişdir. Bununla da, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində Şəxs hər hansı müdafiə hüquqlarının pozulması halı baş verməmişdir. Şəxs 02 avqust 2025-ci il tarixdə saat 15:05-dən etibarən tutulmasının səbəbi onun izahatının alınması, həmin şəxsin narkoloji müayinə və ekspertizadan keçirilməsi zərurəti ilə bağlı olmuşdur. 04 avqust 2025-ci il tarixdə narkoloji ekspertizanın rəyi alındıqdan sonra Şəxs həmin tarixdə barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs narkotik vasitədən istifadə etdiyini məhkəmə iclası zamanı da səmimi etiraf edərək ona yüngül cəza verilməsini xahiş etmiş, heç kəsin ona təzyiq etmədiyini qeyd etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi iş üzrə toplanmış sübutların məcmusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, Şəxs həbs müddətinin əvvəli 02 avqust 2025-ci il tarixdən, saat 15:05-dən hesablansın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 03 (üç) iş saatı sərf olunmuşdur. Odur ki, Şəxs göstərilmiş hüquqi yardımla bağlı 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 02 avqust 2025-ci il tarixdən, saat 15:05-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1582/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1582/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver