Məhkəmə qərarları › İş №3(002)-1586/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1586/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1586/2023 28.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 07 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 2/70 qeydiyyatda olan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 07 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ yol patrul xidməti inspektoru polis serjantı X4 07 iyul 2023-cü il tarixli TP 583440 saylı qərar qəbil edilərək onu İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o 31 may 2023-cü il tarixdə, saat 23:48-də Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində etibarnamə ilə idarə etdiyi "Chevrolet Cruze" minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozmuşdur. Bildirmişdir ki, o heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, polis əməkdaşı onu dönmə nişanını yandırmadığıma görə saxlamışdır. Əslində həmin vaxt o dönmə nişanın yandırmış və dönmə əməliyyatı aparmışdır. Lakin polis əməkdaşı barəsində protokol tərtib etmiş və həmin protokolu ona təqdim edəndə görmüşdür ki, onu əsassız olaraq əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etməyinə dair protokol tərtib etmişdir. Protokol tərtib olunan yerdə yolun hərəkət hissəsində heç bir zolaq, yolun birtərəfli və ya ikitərəfli olmasına dair nişan olmamışdır. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş və DİN-nin BDYPİ-nə onlayn şəkildə müraciət etmişdir. Lakin heç bir araşdırma aparılmadan barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Qanun pozuntusuna yol verməyinə dair ona heç bir görüntü təqdim edilməmişdir. Buna görə də bütün bunların məhkəmə prosesində araşdırılmasını istəyir. Əgər doğurdan da hərəkət zolağına çıxmadan manevr etmişdirsə bu barədə görüntüləri təqdim etsinlər. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək Qaradağ RPİ-nin DYPŞ-nın Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 07 iyul 2023-cu tarixli TP ******* saylı qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 24 avqust 2023-cü il tarixli iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti, inspektoru polis serjantı X4 öz izahatında verilmiş şikayəti qəbul etməyərək bildirmişdir ki, 31 may 2023-cü il tarixdə, saat 23:48 radələrində ünvan 1 ünvanında X3 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, ** LY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, görə qırx manat məbləğində cərimə edilmişdir. Buna görə də onun barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol və qərar tərtib edilmişdir. Bundan başqa o qeyd etmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar görüntünün məhkəməyə təqdim edilməsindən ötrü ona vaxt verilməsini xahiş etmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Barəsində şikayət verilən orqanın nümayəndəsinin şifahi vəsatəti nəzərə alınaraq məhkəmə iclası hadisənin görüntülərini əks etdirən videogörüntünun əldə edilməsi məqsədilə təxirə salınsa da hazırki məhkəmə iclasına nümayəndə gəlməmiş, bunun səbəbləri barədə məhkəmə hər hansı məlumata verilməmiş və hadisəni özündə əks etdirən müvafiq videogörüntü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş şəxsin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 07 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamışdır. Eləcə də iş materiallarında barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati araşdırmaya dəvət edilməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. Bundan başqa törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin video görüntüsü məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 07 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında 07 iyul 2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar