Məhkəmə qərarları › İş №3(002)-1587/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1587/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1587/2023 28.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1, Qaradağ rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 30 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 30 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 30 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarla o İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki guya o xx.xx.2023-cü il tarixdə 22:04-də “X5” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələbləri pozmaqla avadanlığı dəyişdirmişdir. Avtomobilə heç bir kənar avadanlıq quraşdırmamışdır. Belə ki, avtomobilində zavod istehsalı olan led işıqlar olmuş və həmin işıqlarla da avtomobil texniki baxışdan keçmişdir. Həmin işıqların quraşdıırlmasında heç bir qanun pozuntusuna yol verməmiş və avtomobildə olan led işıqlar zavod tərəfindən quraşdırılmış işıqlar avtomobildə olmuşdur. Zavod üsulu ilə olan led işıqlara görə hər hansı bir qanun pozuntusu nəzərdə tutulmamışdır. “Yol hərəkəti haqqında Qanun”da led işıqların və projektorun quraşdırılması qadağan edilməmiş və bu qanun pozuntusu kimi qeyd edilə bilməz. Belə ki, polis əməkdaşı onu kəməri taxmadığı üçün saxlamış, sonradan əlavə işıq quraşdırılması barədə barəsində protokol tərtib etmişdir. O da imza etmişdir. Protokola imza edəndən sonra ona bildirdi ki, avtomobil cərimə duracağına yerləşdirilməlidir. O, heç bir içkili olmadığı halda öz avtomobilini idarə edərək duracağa yerləşdirməyə icazə də verməmiş, özü idarə edərək duracağa aparmış, apararkən də yolda avtomobili zərbəyə salaraq təkərini və diskini əymişdir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında Qanun”un Vİİİ bəndinə əsasən projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Onun saxlanılma səbəbi kəmər taxmamağı olmuş, buna görə də inzibati protokol tərtib ediləcəyi bildirilmiş, lakin barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati protokol tərtib edlmişdir. Zavod üsulu ilə quraşdırılmış led işıqların qanunda qadağan edilməmiş, buna görə də hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır. Ona isə protokol tam başqa maddəyə görə tərtib edilmişdir. O, hər hansı bir avadanlıq quraşdırmamışdır. Zavod üsulu ilə olan led işıqlar isə hər hansı bir avadanlıq kimi qiymətləndirilməməlidir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında X2 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Qaradağ rayon X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Qaradağ rayon X7 Şöbəsinin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Qaradağ rayon X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X2 barəsində tərtib edilmiş 30 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X2 barəsində qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasında qeyd edilmiş halların olmasını müəyyən etməkdən ötrü ekspertiza təyin edilməmiş və müvafiq rəy alınmadan X2 barəsində inzibati qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 30 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar