Məhkəmə qərarları › İş №3(002)-1589/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1589/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1589/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin baş hüquqşünası X3, Barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının nümayəndəsi X1 iştirakları ilə, Şəxs Firması barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallar və inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Firması 02 avqust 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanında sahibi olduğu “Sədərək ticarət mərkəzində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin baş hüquqşünası X5 çıxışında protokolu müdafiə etdiyini qeyd edərək Şəxs Firması barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firmasının nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən və bakı şəhər İcra Hakimiyyəti Başcısının xx.xx.2007-ci il tarixli 07 saylı Sərəncamına əsasən “ticarət mərkəzinin tikintisi” üçün yer ayrılmışdır.xx.xx.2007-ci il tarixli, 12054 saylı inşaat pasportuna əsasən tikinti işləri aparılmış və ayrılmış 100 ha torpaq sahəsinin hüdudlarında yerdən çıxan su sahəsinin qurudulması yolu ilə qapalı məkanda ticarət mərkəzi inşa edilmiş və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fəaliyyət 2009-cu ilin may ayından etibarən başlanılmışdır. xx.xx.2023-cü il tarixində Şəxs Firmasına ********** qeydiyyat №li çıxarış verilmişdir. Sədərək Ticarət Mərkəzinin ərazisində, üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və s bu kimi təyinatlı obyektlər inşa edilmiş, minlərlə iş yeri açılmışdır.Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur.Ticarət mərkəzi özəl mühafizə xidməti tərəfindən mühafizə olunur və qorunur.Ticarət mərkəzi əsas avtomagistraldan 200 metr, avtomobil yolundan isə 100 metr məsafədə yerləşir.Ticarət mərkəzinin 4 girişi vardır. Şəxs Firmasına məxsus olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün fəaliyyət göstərən Ticarət mərkəzi burada çalışanların iş yerləridir.Əraziyə giriş xüsusi ayrılmış keçidlərdən keçməklə həyata keçirilir. Bilavasitə Ticarət Mərkəzinin daxili ərazisində bağlı məkanda yerləşdirilən reklam lövhələri ərazinin genişliyini və böyüklüyünü nəzərə alaraq ancaq istiqamət məqsədi daşıyır və bilavasitə ticarət mərkəzinin ərazisində olan həmin ticarət mağazasının hansı zonada , hansı korpusda , hansı sırada və neçə №li mağazada yerləşdiyini göstərir və koordinat rolunu oynayır. Bu qurğular əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq rolunu oynamır. Bunun üçün sahibkarlar müxtəlif sosial şəbəkə yayınlarından, televiziya və radio verilişlərindən istifadə edirlər. Azərbaycan Respublikasının qüvvədə olan “X4 2.0.1-ci maddəsinə əsasən reklam-reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş foto şəkildən də görünür ki, həmin foto şəkil ticarət mərkəzinin daxili ərazisində çəkilmişdir.Yəni, ticarət mərkəzinin 4 giriş hissəsində yerləşdirilmiş və bu ərazinin ticarət mərkəzi olduğunu təsdiq edən və avtomobil yolunun üzərində yerləşən Sədərək Ticarət mərkəzi yazılan lövhə deyildir. Tərəfimizdən həmin lövhələrə görə dövlət rüsumu ödənilməsinə heç bir etirazımız yoxdur.Lakin tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati protokol yuxarida qeyd etdiyimiz əsaslara görə tam əsassızdır və ləğv edilməlidir. 2009-cu ildən fəaliyyətə başlayan ticarət mərkəzi açıldığı vaxtdan indiyə qədər bu şəkildə fəaliyyət göstərmiş və koordinat rolunu oynayan yazılar həmin vaxtdan mövcud olmuşdur və əlaqəli orqan tərəfindən bu illər ərzində həmin koordinat rolunu oynayan yazıların reklam xarakteri olması səbəb gətirilməmiş və inzibati orqan tərəfindən heç bir inzibati hərəkət aparılmamışdır. Azərbaycan Respublikasının qüvvədə olan “Reklam Haqqında “ Qanununun 26.8-ci maddəsinə əsasən “Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri kommersiya məqsədi ilə yerləşən plakatlar, siyasi reklamlar, qeyri-hökümət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıcıyaları hesab edilmir. Göründüyü kimi koordinat xarakterinəməxsus olan bu qurğular, lövhələr Firmanın daxili vəsaiti hesabına inşa edilmişdir və mühafizə olunur.Axşam saatlarında saat 19-00 dan sonra Ticarət mərkəzi bağlanır və heç bir fəaliyyət göstərmir.Ərazi özəl Mühafizə xidmətləri tərəfindən mühafizə olunur. İşıqlandırılan lövhələr varsa söndürülür.Ticarət mərkəzinin ərazisində fəaliyyət göstərməyən heç bir kənar istehsalçının burada koordinat göstərən yazısı yoxdur.Həmin yazılar bilavasitə ünvanı göstərir.Ünvan isə reklam hesab olunmur. Azərbaycan Rspublikasının qüvvədə olan “Reklam Haqqında “Qanununun 26-cı maddəsinin 1-ci bəndinə əsasən 26.1 Açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən avtomobil yoluyol hərəkəti qaydalarına , dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur. Reklam Haqqında Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən Açıq məkanda yerləşdirilən reklam yol hərəkətini təhlükəsizliyinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində , yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində , yol qurğularında reklamın yerləşdirilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 468 saylı X2 yol kənarında yerləşdirilməsi Standartlarının 1.2 bəndinə əsasən Reklam qurğusu dedikdə bu standartların tələbləri baxımından açıq məkanda avtomobil yollarının kənarında reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan ixtisaslaşdırılmış stasionar daşıyıcı mənasında başa düşülür. Göründüyü kimi, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələrdə ünvan bildirən lövhələr asılmışdır. Sədərək ticarət mərkəzi burada işləyənlərin iş yerləri sayılır. Onların ixtiyarı var ki, iş yeri anlayışından istifadə edərək iş yerində öz ünvanlarını yerləşdirsinlər. Həmin obyektlərin koordinasiyası baxımından, ərazinin relyefini, avtobus dayanacaqlarının xüsusi ayrılmış yerlərdə yerləşməsi baxımından obyektlərinin adının və mənsubiyyətinin bildirilməsi zəruridir. Əks halda Ticarət mərkəzinə gələn müştərilərin bəlli ünvanları tapması problem yaradar. Şəxs Firması tərəfindən avtomobil yollarının və avtomagistralların kənarında yerləşən reklam lövhələri və qurğuları üçün vaxtında və daima müəyyən olunmuş qaydada Reklam İdarəsinə ödənilir. Hesab edirik ki, Sədərək Ticarət mərkəzinin daxili ərazisi qapalı məkandır, bu ərazi qorunur, iş vaxtı 24 saatı əhatə etmir, avtomobil yollarından 200 metr məsafədə yerləşir, ticarət mərkəzinin daxilində əsas korpuslara olan girişləri göstərir və bu lövhələr daxili ərazidə bir neçə ədəddir və bu lövhələr ticarət mərkəzi tikildiyi vaxtdan, yəni 2009-cu ildən yazılmış lövhələrdir.Digər lövhələr bizim tərəfimizdən mağazaları fərqəndirmək üçün asılmışdır. Bütün bunları nəzərə alaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati protokol əsassız olduğundan və Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Şəxs Firması barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 02 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sədərək Firması Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanında yerləşən obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi əməlinə yol vermiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli akt və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən 15 may 2023-cü il tarixdə, saat 11:29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində müvafiq icazə olmadan yayımlanmış 4 ədəd 50 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs Firmasına ünvanlanmış xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 3-cü bəndinin tələblərinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması tələb edilsə də, Şəxs Firması tərəfindən göstəriş icra edilməmiş, pozuntular aradan qaldırılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər Reklam İdarəsi tərəfindən 02 avqust 2023-cü il tarixdə, saat 15:00-da Şəxs Firmasının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu ünvanında yerləşən obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmişdir. Bununla da, Şəxs Firması Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, işin faktiki hallarına, tərəflərin izahatına qiymət verərək hesab edir ki, Şəxs Firması tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Firması tərəfindən ilk dəfə inzibati xəta törədilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, həmçinin məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar