Məhkəmə qərarları › İş №3(002)-159/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-159/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-159/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X3 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ə/d, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi, ev 12, mənzil 2 ünavnında yaşayan Şəxs barədə Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 11 yanvar 2025-cü il tarixli, İXP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Lökbatan qəsəbəsi, Meyvəli-Lökbatan yolunda yerləşən X4rşısında vǝt. Şəxs qanuni əsaslarla idarə etdiyi "OPEL MERİVA" markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomaşının qarşı hissəsi ilə X5 idarə etdiyi "Kamaz 5410" maraklı ** ZY *** dövlət qeydiyyat nişanlı yük avtomobili və ona qoşulmuş ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşulu yük avtomobilin arxa sol hissəsindən vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə "OPEL MERİVA" markalı avtomobildə sərnişin qismində əyləşmiş azyaşlı X6 yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Etibarnamə əsasında "Opel Merıva" markalı ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. 24 sentyabr 2024-cü il tarixdə, saat təxminən 15:20 radələrində idarə etdiyi avtomobillə saatda təxminən 60-70 km sürətlə Qaradağ rayon, Meyvəli-Lökbatan yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman Abşeron portun qarşısında yolda sağdan sola dairəyə tərəf hərəkətdə olan “Kamaz” qoşqulu avtomobili görmüş və onun arxa hissəsindən keçmək üçün manevr etdiyi zaman avtomobilinin ön sol tərəfi ilə həmən avtomobilin qoşqu hissəsinin arxa sol hissəsindən dəymişdir. Bundan sonra o, avtomobildən enmiş və avtomobilində arxa oturacaqda sərnişin qismində əyləşən iki nəfər azyaşlı qız uşaqlarına yaxınlaşmış və onların xəsarət aldıqlarını görmüşdür. Bundan sonra yoldan keçən bir avtomobil onları avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Bundan sonra o, “Kamaz”ın sürücüsünün kim olduğunu soruşduqda sürücünün hadisədən sonra hadisə yerindən uzaqlaşdığını öyrənmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə baş verən zaman heç bir spirtli içki qəbul etməmişdir. Hadisə zamanı o özü heç bir ciddi xəsarət almamışdır. O öz izahatında daha sonra hər hansı maddi imkanı olmadığından zərərçəkmiş şəxslərə heç bir yardım göstərmədiyini, eləcə də sürücülük vəsiqəsinin Binəqədi rayon Məhkəməsinin qərarı ilə sürücülük hüququnun məhdudlaşdırııldığı üçün təhvil verdiyini qeyd etmişdir. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X10 öz izahatında göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. 27 oktyabr 2010-cu il təvəllüdlü X7 onun qızıdır. Taksi fəaliyyəti ilə məşğul olan Şəxs idarə etdiyi "OPEL MERİVA" markalı ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qızını gündəlik dərsə aparıb gətirir. 24 sentyabr 2024-cü il tarixdə, saat təxminən 15:20 radələrində “Abşeron port”un qarşısında həmin avtomobil “Kamaz” markalı avtomobillə toqquşmuş və nəticədə avtomobilda əyləşən qızı Nərmin və onun məktəb yoldaşı Aysu Qasımzadə müxtəlif bədən xəsarətləri almışdır. Bundan sonra sürücü uşaqların qayğısına qalmamış, yoldan keçən başqa bir maşın ilə uşaqlar Bakı şəhərində yerləşən 1 saylı KTM-nə aparılmış, orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Hal hazırda yaşadığı evdə qızını müalicə etdirir. Hadisə zamanı qızı boyun nahiyyəsi, sol qol və sağ ayaq nahiyyəsindən xəsarət almış, başına 14 tikiş vurulmuşdur. Hadisədən sonra Şəxs qızına heç bir yardım etməməklə onun səhhəti ilə də maraqlanmamışdır. Buna görə də Şəxs şikayətçidir. Odur ki, onun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxs X8 qanuni nümayəndəsi X12 və Qaradağ rayon Polis İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələr məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Qasımov tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, 1. qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, 2. sürücü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi vardır. Ona görə də həmin maddə ilə sürücü vǝt. Şəxs barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış rədd materialı Qaradağ RPİ DYPŞyǝ göndərilməsi, 3. qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokuroruna göndərilməsi, 4. qəbul edilmiş qərarın surəti məlumat üçün maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsin Qaradağ rayon Şöbəsinin 21 noyabr 2024-cü il tarixli, 677 saylı ekspert rəyindən aydın olur ki, Vət. X2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətbaşın təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X16 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝrvurmaya aiddir. 2.Vǝt. N.V.Abbasovanın almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini oldu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində amələ gələ bilərdi. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsin Qaradağ rayon Şöbəsinin 02 dekabr 2024-cü il tarixli, 695 saylı ekspert rəyindən aydın olur ki,

1. Vət. A.Y.Qasımzadənin məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar olunmadı.

2. Vət. A.Y.Qasımzadə məhkəmə-tibbi ekspertizanın müayinəsindən gec keçdiyindən (hadisədən 40 gün sonra), eləcə də onun adına tərtib olunmuş tibbi sənəddə almış olduğu xəsarətin fərdi xüsusiyyətləri (xəsarətin xarakteri, ölçüsü, rəngi göstəriciləri və s.) qeyd olunmadığından müvafiq təlimata əsasən tibib arayışda göstərilən «sol çiyin nahiyəsinin əzilməsi» diaqnozu xəsarət kimi qiymətləndirilməmişdir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxslərin hər hansı bir barışıq ərizələrinin olmamasını, zərərçəkmiş X1 qanuni nümayəndəsi X3 şiayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxslərə izah edilsin ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə inzibati xəta törətmiş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar