Məhkəmə qərarları › İş №3(002)-1592/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1592/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1592/2022 01.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Vəkil Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Vəkil, şikayətlə Məhkəməyə müraciət edərək Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki X6 tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən aydın olur ki, X4 17 oktyabr 2022-ci il tarixdə qonşusu Hacıyev Kamilin evinə gedən yolu məhkəmərə qərarı olmadan kəsərək xırda xuliqanlıq törətmişdir. Nəticədə Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi X6 tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmənin 21 noyabr 2022-ci il tarixli iclasında iştirak etmiş X2 müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Vəkil öz izahatında verilmiş şikayəti müdafiə edərək X4 barəsində qəbul edilmiş inzibati qərarın tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, anası Hümmətova Füruzə bir müddət əvvəl öz həyətlərindən dəmir yolu tərəfə çıxmaq üçün qonşuluqda yaşayan X5 ailə üzvlərinə verdiyi piyada yolunu bağlamaq üçün uzun müddətdir ki, fəhlələri dəvət edərək daş hasar çəkməyə cəhd etsə də, Kamil Hacıyev və onun ailəsi buna mane olduqları üçün 17 oktyabr 2022-ci il tarixdə həmin məsələ əsnasında onlar arasında mübahisə baş vermişdir. 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh haqqında qərardan məlum olur ki, 17 oktyabr 2022-ci il tarixdə X3 qonşusu Hacıyev Kamilin gediş-gəliş yolunu kəsərək onlara və digər qonşulara qarşı xırda xuliqanlıq etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xta törətmiş və həmin qərar əsasında 20 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokol ilə 100 manat cərimə edilmişdir. O, həmin protokolu onun iştirakı olmadan tərtib edildiyini, protokolu tərtib etmiş 11-ci PB-nin sahə inspektoru Zahir Qiyasov tərəfindən isə tam qanunsuz olaraq guya protokolda “izahat verməkdən imtina etdi” kimi qeyd edərək rəsmi sənədlərə həqiqətə uyğun olmayan məlumatlar daxil etməklə protokolu saxtalaşdırmışdır. Həmçinin onun mobil telefon nömrəsinin protokolun tərtib edilərkən istifadə olunmuş xüsusi texniki vasitələrin qrafasında qeyd olunması özlüyündə sahə inspektorun qeyri-peşakarlığına dəlalət edir. Həmçinin protokolun surətinin təqdim edilməsi qrafasının həm imzasız olması, həm də imzalamaqdan imtina barədə qeydlərin olmaması həmin protokolun nəinki, reallığı əks etdirmədiyini, hətta başqa tarixdə və vaxtda tərtib edildiyini təsdiq edir. İnzibati xəta haqqında protokol qanuni əsaslar olmadıqda tərtib edilmiş, hüquqpozma ilə bağlı izahatlar ondan alınmamış, ilkin olaraq zərərçəkmişin onu təhqir etdiyinə görə məsuliyyətə cəlb edilməsi barədə yoxlama aparıİmadığından onun müdafiə hüququ əhəmiyyətli dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-ə əsasən inzibati xəta haqqında işdə aşağıdakılar aydınlaşdırılmalıdır: inzibati xəta hadisəsinin olması,inzibati məsuliyyət nəzərdə tutulmuş hərəkət( hərəkətsizliyin) mövcud olması, inzibati xətanın törədilməsində şəxsin təqsirli olması, işin düzgün həlli üçün vacib olan digər hallar. İctimai asayişin pozulmasının əsas əlaməti cəmiyyətə aşıq-aşkar hörmətsizliyin ifadəsidir. Şəxsin ictimai asayişi pozmaq məqsədi güdmədikdə hadisə şəxsi düşmənçilik münasibətlərinə əsaslanır. İş materiallarından görünür ki, o, uzun müddətdir ki, Kamil Hacıyevlə hasarın tikilməsi ilə bağlı mübahisədən irəli gələn münaqişədədir. Belə bir halda onun qeyri-qanuni davranışı yalnız onunla zərərçəkmiş şəxs arasında uzunmüddətli şəxsi düşmənçilik münasibətləri ilə müəyyən edilmişdir. Bu hal onu göstərir onun hərəkətlərində xuliqanlıq motivlərindən irəli gələn hərəkətlərə xas olan xüsusi motiv olmamışdır, buna görə də, onun əməlində xİrda xuliqanlıq xətasının tərkibi yoxdur və tərtib edilmiş qərar və protokol işin faktiki hallarına uyğun gəlmir. Bütün bunların nəzərə alınaraq barəsində olan 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Qaradağ RPİ-nin 11-ci PB-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən inzibati material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X4 barəsində Qaradağ RPİ-nin 11-ci PBnin rəisi tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun qəbul edildiyi tarix və yer; 100.1.2. protokolu qəbul etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Vəkil şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki X6 tərəfindən qəbul edilmiş 20 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar