Məhkəmə qərarları › İş №3(002)-1595/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1595/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1595/2025 05.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Qubadlı rayonu, Cibikli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 05 avqust 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-483/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs fiziki şəxsə 2530 manat borc tələbini ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclası zamanı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X11 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-483/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 6000 manat məbləğində maddi ziyan və ödənilmiş 80 manat dövlət rüsumu tutularaq iddiaçı fiziki şəxs X2 xeyrinə ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra 04 iyul 2023-cü il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Əlavə olaraq Şəxs 20 avqust 2023-cü il tarixdə də Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə gələrək bildirişə imza çəkib şəxsən tanış olmuşdur. Borclu Şəxs icra sənədinin icrasını 2024-cü ilin fevralından həmin ilin sentyabrına qədər hər hansı ödəniş aparmamışdır. 22 iyul 2024-cü il tarixdə Bakı şəhəri Qardağ Rayon Məhkəməsinin qərarı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs icra sənədi üzrə 07 yanvar 2025-ci il tarixədək 6080 manat borcun 3000 manatını ödədiyinə, qalan 3080 manatını isə ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə “İnzibati xəta haqqında protokol” tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 3(002)-30/2025 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Şəxs əvvəlcə ay ərzində icra sənədi üzrə tələbkara 300 manat ödəyəcəyinə söz versə də, sonradan vədinə əməl etməmişdir. Şəxs oğu bundan sonra da, yəni inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində icra sənədi üzrə vaxtlı-vaxtında ödəniş etməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Borclu Şəxs bundan sonra tələbkar X3 2025-ci ilin fevral ayında 100 manat, mart ayında 100 manat, aprel ayında 100 manat, 13 may 2025-ci il tarixdə 50 manat, 10 iyul 2025-ci il tarixdə 50 manat və 25 iyul 2025-ci il tarixdə 50 manat, həmçinin xatırlamadığım tarixdə 100 manat olmaqla cəmi 550 manat ödəniş etmiş, 2025-ci ilin iyun ayında isə ödəniş aparmadığı müəyyən edilmişdir. 15 may 2025-ci il tarixdə isə Şəxs icra sənədi üzrə ay ərzində 200 manat ödəniş aparacağına söz verməsinə baxmayaraq yenədə vədinə əməl etməmişdir. 15 aprel 2025 və 05 avqust 2025-ci il tarixlərdə Şəxs izahatları alınmış, icra sənədi üzrə borcun ödənilməsinin vacibliyi onun diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, Şəxs icra sənədi üzrə tələbkara borcu vaxtında ödməmişdir. Bu da ki, tələbkar X2 haqlı narazılıqlarına, dəfələrlə müxtəlif orqanlara şikayət etməsinə səbəb olmuşdur. Şəxs borc üzrə hissə-hissə ödəniş aparmasının ya məhkəmə qərarı, ya da tələbkarın ərizəsinə əsasən mümkün olması Şəxs izah edilmişdir. Şəxs Sədərək Ticarət Mərkəzində soyuducu və digər məişət avadanlıqları təmir edən yer işlətdiyinə görə Dövlət Məşğulluq Xidmətinə işləməsi üçün yönləndirilməmişdir. Elektron icra sistemi vasitəsilə aparılan axtarış zamanı Şəxs tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı, bank əmanəti aşkar edilməmişdir. Buna görə də, Şəxs barəsində 05 avqust 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati tənbeh təbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, X4 ilə alver etdiyi vaxt həmin şəxsə borcu yaranmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, ondan 6000 manat məbləğində maddi ziyan və ödənilmiş 80 manat dövlət rüsumu tutularaq iddiaçı fiziki şəxs X2 xeyrinə ödənilməlidir. O, şəxsi işləri ilə əlaqədar həmin iclaslarda iştirak edə bilməmiş, lakin icra vərəqəsi və tələbin könüllü icrası barədə bildiriş onun ünvanına göndərilmişdir. Bildirişlə 20 avqust 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə gedərək tanış olmuşdur. İmkanı olmadığından 6080 manat borc üzrə tələbkar X3 3000 manat ödəyə bildiyindən, 07 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ona 500 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra tələbkar X3 550 manat pul ödəyə bilmişdir. Sədərək Ticarət mərkəzində soyuducu və digər məişət avadanlıqlarını təmir etməklə pul qazanadığından, oğlu isə işləmədiyindən qalan 2530 manat pulu ödəyə bilməmişdir. Yoldaşı məktəbdə müəllim işləyir. İcra sənədi üzrə hər ay ən azı 100 manat ödəyəcəyinə söz verir, qazancı imkan verdiyi halda isə 100 manatdan əlavə də ödəniş aparması mümlündür. Xəstəliyinin olduğunu nəzərə alıb barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı X4 bildirmişdir ki, təxminən 2015-ci ildən Şəxs ilə birlikdə alver etdiyi vaxt Şəxs ona borcu olmuşdur. Şəxs ona borcunu qaytarmadığına görə bu barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2025-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək Şəxs 6000 manat pulun və ödədiyi 80 manat dövlət rüsumunun onun xeyrinə tutulması qət edilmişdir. Lakin Şəxs yalnız 3000 manat pul ödəmiş, buna görə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 500 manat cərimə edilmişdir. Bunan sonra, Şəxs ona ancaq əlavə 550 manat pul ödəmiş, qalan 2530 manat pulu isə ödəməmişdir. Şəxs əvvəlcə hər ay 300 manat, sonra isə 2025-ci ilin may ayında hər ay 200 manat ödəyəcəyinə söz versə də verdiyi vədlərə əməl etməmişdir. Şəxs ona borcu tam şəkildə, heç olmasa hər ay 200 manat olmaqla ödəməsini istəyir. Lakin Şəxs ay ərzində 100 manat ödəyə biləcəyini bildirmişdir. Şəxs ona ay ərzində 100 manat ödəməsinə razı deyildir. Şəxs barəsində dəfələrlə müxtəlif orqanlara şikayət etmişdir. Hazırda da, Şəxs şikayətçidir, həmin şəxsin barəsində qanuni tədbir görülməsini istəyir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-483/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı X2 iddiası qismən təmin edilərək, cavabdeh Şəxs 6000 manat məbləğində maddi ziyan və ödənilmiş 80 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X8 “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-483/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 6080 manat məbləğində pul vəsaitinin tələbkar X2 xeyrinə tutulması üçün icra tədbirlərinə başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən və digər materiallardan görünür ki, Şəxs hal-hazıradək X3 cəmi 3550 manat pul ödəmiş, 2530 manat pulu isə ödəməmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının surətindən görnür ki, o, işsiz olduğundan maddi imkanı çatmadığına görə hər ay X3 ödəniş apara bilmədiyini, hər ay ödəniş etməyə hazır olduğunu, bir ay ərzində torpağını satan kimi ödənişi həyata keçirəcəyini bildirmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, imkanı olmadığı üçün 07 yanvar 2025-ci il tarixədək 3000 manat ödəmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli iltizamının surətindən görünür ki, 6080 manat borcdan 3400 manat ödəmiş, hər ay 200 manat ödəyəcəyinə söz verir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, o, borc üzrə hissə-hissə, ayda 100-150 manat olmaqla ödəniş etdiyini bildirmiş, borcun qalanını hissə-hissə ödəyəcəyinə söz verir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, o, borc üzrə 3600 manat ödəniş etdiyini, işləmədiyini, borcu bir ilə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(002)-30/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 tərtib etdiyi 05 avqust 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan ayın olur ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-483/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən fiziki şəxs 2530 manat borc tələbini ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və tələbkar X2 izahatları, inzibati xəta haqqında protokol ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanında 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58-1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinin və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, Şəxs əvvəl icra sənədi üzrə cərimə tənbeh tətdbirinin tətbiq edilməsini, Şəxs icra sənədi üzrə uzun müddət ərzində tam ödəniş aparmadığını, icra sənədi üzrə borcunun məbləğinin 2530 manat olmasını, tələbkar X2 borcun tam ödənilməsini tələb edərək borclu Şəxs şikayətçi olduğunu və bu barədə müxtəlif orqanlara şikayət etdiyini nəzərə alaraq Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən, inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 03 (üç) iş saatı sərf olunmuşdur. Odur ki, Şəxs göstərilmiş hüquqi yardımla bağlı 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 05 avqust 2025-ci il tarixdən, saat 14:40-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar