Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1598/2022 11.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də yerləşən ünvanını bilmədiyi mənzildə kirayədə yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 11 noyabr 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində, “Elit” Ticarət Mərkəzinin qabağında birlikdə qeyr-rəsmi yaşadığı X3 döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PBnin sahə inspektoru, polis leytenantı X5 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X5 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucov tərəfindən qəbul edilmiş 27 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyrirəsmi birlikdə yaşamaqla öz aralarında razılığa gəlmiş və barışmışlar. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 öz izahatında bildirmişdir ki, bir ilə yaxındır ki, Şəxs ilə qeyri-rəsmi birlikdə yaşayır. Təxminən on beş gündür ki, İlkindən ayrılıb, lakin buna baxmayaraq İlkin onun telefonuna mütəmadi zəng vuraraq, həmçinin onun iş yerinə gələrək onu narahat edir. 17 oktyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində evə gələrkən onun qarşını kəsmiş, əliylə onun sol əlindən dartaraq boğazından tutmuşdur. Nəticədə sol əlinin baş barmağından və boğazından xəsarət almışdır. Lakin hal-hazırda o, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, X4 ilə birlikdə qeyri-rəsmi münasibətdədir. 17 oktyabr 2022-ci il tarixdə Həmidə onun telefon zənglərinə gec cavab verdiyi üçün aralarında sözlə mübahisə olmuşdur. Daha sonra isə “Sədərək” Ticarət Mərkəzinin qarşısında əsəbiləşərək əli ilə Həmidənin boğazından tutaraq sıxmış və ona xəsarət yetirmişdir. O, zərərçəkmiş şəxs X3 döydüyünə görə özünü təqsirli bilir, əməlindən səmimi peşimandır, söz verir ki, bir daha bu cür hərəkətlərə yol verməyəcək. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 21 oktyabr 2022-ci il tarixli, 783 nömrəli “canlı şəxsin ekpertizası” ekpert rəyindən aydın olur ki, vətəndaş X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət- boyunun ön səthinin sıyrığı bərk küt əşya təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 17 oktyabr 2022-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edimiş 10 noyabr 2022-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokolun surətindən aydın olur ki, Şəxs 10 noyabr 2022-ci il tarixdə, saat 18:44-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 məhkəmə iclasında ərizə təqdim edərək Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inizbati materiala xitam verilməsini xahiş etmişdir. Şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışğı üçün işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasl İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1598/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1598/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver