Məhkəmə qərarları › İş №3(002)-16/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-16/2022

05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-16/2022 05.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcraşöbəsinin icra məmuru X11, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-610/2019 saylı, 20 fevral 2019-cu il tarixli icra vərəqəsi üzrə ödənilməmiş 12061 manat məbləğində aliment borcunu üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X11 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1447/2013 saylı, 27 avqust 2013-cü il tarixli icra vərəqəsinə əsasən 17 iyul 2013-cü il tarixdən başlayaraq 08 yanvar 2006-cı il təvəllüdlü X5, 02 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Şəxs cəmi 250 manat sabit pul məbləğində alimentin tutlaraq Tahirova (Yaqubova) Vüsalə İsmayıl qızına ödənilməsi qət edilmişdir. Borclu bir müddət aliment borcunu ödəsə də sonradan qərəzli olaraq aliment borcunu ödəməmiş, nəticədə Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli, 1(002)-140/2017 hökmü ilə CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)-610/2019 saylı, 20 fevral 2019-cu il tarixli icra vərəqəsinə əsasən isə cavabdeh Şəxs 08 yanvar 2006-cı il təvəllüdlü X5, 02 iyun 2009-cu il təvəllüdlü X7 və 02 iyul 2012-ci il təvəllüdlü Tahirzadə Xalid Arif oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Borclunun bu günə ödənilməmiş 12061 manat aliment borcu vardır. O sonuncu dəfə 150 manat məbləğdə aliment ödənişini 2021-ci ilin noyabr ayında ödəmişdir. Bundan başqa borclu onun çağırışlarına da vaxtı-vaxtında gəlmir. Odur ki, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X2 öz izahatında bildirmişdir ki, Şəxs bu vaxt ərzində aliment borcunu vaxtlı-vaxtında ödəməmişdir və buna görə də onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır. Bununla belə, o, aliment borcunu ödəmək istəsə də hal-hazırda heç bir maddi imkanı olmadığı üçün aliment borcundan hər hansı bir miqdarda ödəniş etmək iqtidarında deyildir. Gələcəkdə imkanı olanda yenidən aliment borcundan ödənişlər edəcəkdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icra etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi və eləcə də icra məmurunun çağırışlarına hər hansı bir üzrlü səbəb olmadan gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən saat 17:55-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar