Məhkəmə qərarları › İş №3(002)-1606/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1606/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1606/2025 06.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs gecə saat 00:10 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində özünü şübhəli aparması, polis əməkdaşları tərəfindən ona verilən suallara qeyri adekvat cavab verməsi nəticəsində o, polis tərəfindən saxlanılmış, Şəxs Qaradağ RPİ-nin 38-ci PB-də verdiyi izahatında xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sahil qəsəbəsində yerləşən "Rahat" marketin yanında olduğunu və xx.xx.2025-ci il tarixdə tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığı qurudulmuş marixuananın istifadə etdiyini qeyd etmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq burada nə etdiyini soruşmuş, Şəxs isə qurudulmuş marixuana istifadə etdiyini səmimi etiraf etmişdir. Şəxs əlavə olaraq bir ilə yaxındır ki, qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Qeyd edilənlərlə bağlı Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X5 tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X5 bildirmişdir ki, Şəxs gecə saat 00:10 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində özünü şübhəli aparması, polis əməkdaşları tərəfindən ona verilən suallara qeyri adekvat cavab verməsi nəticəsində o, polis tərəfindən saxlanılmış, Şəxs Qaradağ RPİ-nin 38-ci PB-də verdiyi izahatında xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sahil qəsəbəsində yerləşən "Rahat" marketin yanında olduğunu və xx.xx.2025-ci il tarixdə tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığı qurudulmuş marixuananın istifadə etdiyini qeyd etmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq burada nə etdiyini soruşmuş, Şəxs isə qurudulmuş marixuana istifadə etdiyini səmimi etiraf etmişdir. Protokolu müdafiə edərək X2 qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 bildirmişdir ki, narkotik vasitənin marixuana növündən istifadə etmişdir. İlk dəfədir inzibati məsuliyyətə cəlb edilmişdir. Əməlindən səmimi peşmandır. 3 azyaşlı övladı var və o, ailənin yeganə gəlir gətirən şəxsidir. Ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 3979 saylı rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı olması qeyd edılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. AZEMİS-dən əldə olunmuş məlumatdan aydın olur ki, X2 himayəsində 3 azyaşlı övladı var. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş X4 narkotik vasitə olan “marixuana” əldə edib üzərində gəzdirmiş, bununla da onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, X4 tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla, tibbi müayinə protokolu ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş X3 inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq X2 törətdiyi əməldən səmimi peşman olması, ilk dəfə məsuliyyətə cəlb edilməsini, himayəsində azyaşlı övladlarının və özünün evin tək gəlir şəxsi olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq X2 əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə X4 barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən hallar, əməlindən səmimi peşmançılıq hissi keçirməsi və vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar