Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1607/2025 26.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi, X2 X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28099507 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28099507 saylı inzibati xəta haqqında iş üzrə qərarından Abşeron Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Lakin həmin şikayət Abşeron Rayon Məhkəməsinin 3(012)-1781/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Abşeron Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Abşeron Rayon Məhkəməsi hesab etmişdir ki, qeyd edilən şikayət üzrə aidiyyat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən həll edilməlidir. Məhkəmə fikrini onunla əsaslandırmışdır ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Buna əsasən də Abşeron Rayon Məhkəməsi inzibati xətanın Bakı şəhəri Qaradağ rayonun inzibati ərazisində baş verməsini əsas gətirərək inzibati iş üzrə qərardan şikayətin Qaradağ Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X3 şikayətini müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi, X4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta hadisəsinin müəyyən edildiyi ərazi, yəni M-4 Bakı-Şamaxı-Yevlax yolu, 14 km ünvanı Abşeron rayonunun ərazi hüdudlarına daxildir. Qaradağ Rayon Məhkəməsinin qərardadındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi yer M-4 Bakı-Şamaxı-Yevlax yolu, 14 km ünvanıdır və qeyd edilən ünvan Abşeron Rayonunun inzibati ərazisinə aiddir. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28099507 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün şikayət və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 118, 129-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28099507 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət üzrə Abşeron Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1607/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1607/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver