Məhkəmə qərarları › İş №3(002)-161/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-161/2020

29.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-161/2020 29.01.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Qurbanov Elşad Cəmiyyət oğlunun, Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 barəsində Qaradağ RPİ-nin 38-ci PB-dən İXM-nin 227-ci maddəsi ilə xx.xx.2020ci il tarixli MN ******* saylı, xx.xx.2020-ci il tarixli MN ******* saylı və xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati materiallar daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Qurbanov Elşad Cəmiyyət oğlu öz izahatında, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektorları tərəfindən tərtib olunmuş protokolları müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29 yanvar 2020-ci il tarixdə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Qubadov X8 rayonu, Sahil qəsəbəsində xx.xx.2020-ci il tarixdə X4 aldadaraq 50 manat pulunu alaraq dələduzluq etmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29 yanvar 2020-ci il tarixdə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Qubadov X8 rayonu, Sahil qəsəbəsində xx.xx.2020-ci il tarixdə X2 aldadaraq 60 manat pulunu alaraq dələduzluq etmişdir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29 yanvar 2020-ci il tarixdə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Qubadov X8 rayonu, Sahil qəsəbəsində xx.xx.2020-ci il tarixdə X5 aldadaraq 50 manat pulunu alaraq dələduzluq etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM 227-ci maddəsinə əsasən tərtib edilmiş protokollar Qaradağ Rayon Məhkəməsində eyni vaxtda baxıldığından İXM-nin 34-cü maddəsinə əsasən bir icraatda birləşdirilməlidir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nin polis baş leytenantı Qurbanov Elşad Cəmiyyət tərtib olunmuş protokolları müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında yuxarıda qeyd olunan dələduzluqların onun tərəfindən törədildiyini, hazırda isə maddi imkanı olmadığı üçün vurduğu ziyanları ödəmədiyini bildirmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, əvvəllərdə dələduzluğa görə məhkum olunmuş və inzibati qaydada həbs olunmuşdur. Hal-hazırda o əməlindən peşiman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gələməmişlər və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talamalar iş materilalları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, ictimai təhlükəlilik dərəcəsini, davamlı şəkildə törədildiyini, onun şəxsiyyətini və vurulmuş ziyanların ödənilməsi üçün heç bir cəhd göstərilməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 3 iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 29 yanvar 2020-ci il saat 14:30-dan hesablansın və inzibati həbsin sonu 29 aprel 2020-ci il saat 14:30 müəyyən edilsin. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar