Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-161/2021 08.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Şikayət vermiş şəxs X1 verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatına X1 xx xxxxxx 2020-ci il tarixli , MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayəti daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X3 barəsində aparılan inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli , MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərarın olubolmamasının müəyyən edilməsi mümkün deyildir və həmin qərar varsa belə iş materiallarına əlavə edilməmişdir. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır və sözügedən qərar olmadan məhkəmədə işə baxılan zaman onun qanuni olub-olmamasının yoxlanması mümkün deyildir. Bununla yanaşı, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələblərinə əsasən hesab edirəm ki, yuxarıda qeyd olunan əsaslara görə X1 inzibati xəta haqqında iş üzrə verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-161/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-161/2021
08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver