Məhkəmə qərarları › İş №3(002)-161/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-161/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-161/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Qaradağ rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş Qaradağ rayon prokuroru, ədliyyə müşaviri X1 tərəfindən qəbul edilmiş 25 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və iş materiallarından aydın olur ki, fiziki şəxs Şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Körpü” adlanan kafeni 1 il 6 ay müddətində işlədərək, ayda 20 manat olmaqla ümumilikdə 360 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ rayon Prokurorluğuna və Şəxs rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, iş materillarına əlavə edilmiş və Şəxs tərəfindən Qaradağ rayon Prokurorluğuna ünvanlanmış izahatın məzmunundan aydın olur ki, o, Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən “Körpü” adlanan kafeni işlətmiş, həmin kafenin altında olan avtoservisin usta və fəhlələrinə kafedə çay və sair verməklə ay ərzində 20 manat olmaqla ümumilikdə 360 manat gəlir əldə etmiş, əldə etdiyi gəlirdən vergi ödəməmiş, VÖEN olmadan həmin fəaliyyətlə məşğul olmuşdur. Kafedə tək olmuş, əlavə işçi olmamışdır. Hazırda kafe fəaliyyət göstərmir. İş materiallarında olan 25 yanvar 2025-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın nəticə hissəsindən aydın olur ki, ; 1.Fiziki şəxs Şəxs (FİN xxxxxxx) – xx.xx.1974-cü il tarixdə Laçın rayonu, Mirik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olmaqla Laçın rayonu, Mirik kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Prəkəşkül qəsəbəsində yaşayan – barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, 2.Qərar və toplanmış material baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilməsi, 3.Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi, 4.Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnternet vergi idarəsi” sistemindən verilmiş çıxarışdan aydın olur ki, Şəxs fiziki şəxs kimi VÖEN olmadan fəaliyyət göstərir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş 360 manat gəlirin iki misli miqdarında, yəni 720 (yeddi yüz iyirmi manat) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar