Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1616/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21403105 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21403105 saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, EQ 21403105 saylı qərara əsasən İXM-nin 328.2-ci maddəsi ilə 50 manat miqdarında inzibati cərimə edilmişdir. Lakin, Polis haqqında Qanunun 4-cü maddəsinə və Yol hərəkəti haqqında Qanunun 50-ci maddəsində qeyd olunanlarla polis əməkdaşlarının xidməti vəzifəsinin icrası arasında uğunsuzluq olmuşdur. Belə ki, polis əməkdaşları onun törətdiyi inzibati xətanın qeydə alınma anında xidməti avtomobilin sayrışan işıqlarını yandırmadan və yolun sağ tərəfində yük nəqliyyat vasitələri ilə gizlənmiş şəkildə xidmət aparmışlar. Göstərdiyi faktları nəzərə alaraq, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21403105 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətini müdafiə etdiyini, həmin anın videogörüntüsünü tədqiq edilməsi üçün məhkəməyə təqdim edərək və barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21403105 saylı qərarın ləğv edilməsini xahiş etdi. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21403105 saylı qərarla şikayətçi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən müəyyən olunur ki, X2 idarə etdiyi nəqliyyat vasitəsilə DYP-nın stasionar postundan keçərkən sürət həddini aşması səbəbindən inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda videogörüntüyə baxış zamanı həmin postda bir sıra yük nəqliyyat vasitələrinin və yol patrul xidmətinin nəqliyyat vasitələrinin dayandıqları müşahidə olunur. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Qərardan şikayət vermiş X2 məhkəmə iclasında sürət həddini aşma halına yol verdiyini bildirməklə, onun törətdiyi inzibati xətanın qeydə alınma anından narazı olduğunu qeyd etmişdir. Lakin, onun təqdim etdiyi videogörüntüdən törətdiyi inzibati xətanın məhz hansı kamera vasitəsilə qeydə alındığını müəyyən etmək mümkün olmamışdır. Belə ki, şikayətçi X2 xx.xx.2024-cü il tarixdə saat 12:24-də idarə etdiyi Mercedes Benz markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmış və nəticədə inzibati xəta hadisəsini törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsi sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21403105 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş 01 CD disk iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 21403105 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 CD disk iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1616/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1616/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver