Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1617/2022 14.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə himayəsində dörd azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 14 noyabr 2022-ci il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 06 avqust 2022-ci il tarixdə, səhər saat 12:00 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı yataqxanada qaynanası X3 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru X5 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nın baş təhqiqatçısı, polis mayoru Elşad Mirzəyevin 02 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən vətəndaşlar Şəxs və S.N.Xəlilovun ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, G.A Xəlilovanın, S.N. Xəlilovun və S.M.Xəlilovanın əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işi başlanılmasının rəd edilməsi və barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qaradağ RPİ-nin 38-ci PB-nın aidiyyatı əməkdaşlarına həvalə edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və şikayətçiyə göndərilməsi, toplanmış materialın saxlanması üçün Qaradağ RPİ-nin 38-ci PB-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 öz izahatında bildirmişdir ki, 06 avqust 2022-ci il tarixdə saat 12 radələrində bacısı Sevdagilə gedərkən onlarla qonşuluqda yaşayan oğlu Sənanın aravadı Gülzarla aralarında münaqişə yarandığını eşidib onların mənzilinə daxil olmuşdur. Bu zaman Sənanın üzərində olan lezvanı çıxararaq sol bilək nahiyəsini kəsərək özünü öldürmək istədiyini görmüşdür. Bu zaman təcili-tibbi yardım stansiyasına müraciət etmiş, oğluna ilkin tibbi yardım göstərilmişdir. Həmin vaxt evə daxil olan gəlini Gülzar Sənanla mübahisə etməyə başlamış, o da dalaşan şəxsləri aralamaq məqsədilə araya girmiş və Gülzar onun sol qolunu dişləmişdir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək öz izahatında bildirmişdir ki, Xəlilov Sənan onun həyat yoldaşıdır, birgə nigahlarından dörd azyaşlı övladları var. Üç ilə yaxındır ki, maddi sıxıntılar və işsizlik səbəbindən Sənanla aralarında tez-tez məişət mübahisələri olur. Evə ərzaq məhsulları almaq üçün borcları yaranmışdır. Hal-hazırda özü xadimə işləyir. 06 avqust 2022-ci il tarixdə aralarında mübahisə yaranarkən Sənan xalası Sevda və anası Sahibə ilə onun üstünə düşərək onu döymüşlər. Bu zaman o özünü müdafiə etmək məqsədilə qaynanası Sahibənin sol əlini dişləmişdir. O da 102 xidmətinə zəng vurmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, Sənan onu pul tapmağa məcbur edir, tapmazsa özünü öldürəcəyi ilə hədələyir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxsnun törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 09 avqust 2022-ci il tarixli 559 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sol bazu nahiyəsinin qançır-sıyrığı, sol əli arxa səthinin qançır- zəif şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən 06 avqust 2022-ci il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, şəxsiyyətini və ailəsinin maddi vəziyyətini nəzərə alaraq onun barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1617/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1617/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver