Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1620/2024 10.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə EP ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 21 aprel 2024-cü il tarixində, saat 04:18-də Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına "Professor Gül" adlı qəmi ilə VOLVO FH 42 T markalı, AO3400CH/AO7800XP qeydiyyat nişanlı yük avtomobilində gələn Ukrayna Respublikası vətəndaşı Şəxs gömrük nəzarətindən keçərkən saxlanılmış və əşyalarına yoxlama keçirilmişdir. Yoxlama zamanı, Şəxs idarə etdiyi yük avtomobilində sürücü oturacağının arxasında yerləşən yuxarı yataq hissəsinin altından 1(bir) ədəd ağ rəngli, üzərində "MOT" yazısı olan kağız paket aşkar edilmişdir. Kağız paketə yoxlama keçirən zaman, paketin içərisində şəxsi qeyim əşyalarının arasından 3 ədəd skoçlanmış vəziyyətdə olan karton qutudan gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan ediməmiş 6 (altı) ədəd hər birində 60 (altmış) kapsul olmaqla üzərində "EN NUTRİTİON Probion" yazısı olan, 4 (dörd) ədəd hər birində 60 (altmış) kapsul olmaqla üzərində "EN X5" yazısı olan, 6 (altı) ədəd hər birində 60 (altmış) kapsul olmaqla üzərində "EN NUTRİTİON Digestive enzyme & lysates" yazısı olan, 4 (dörd) ədəd hər birində 60 (altmış) kapsul olmaqla Üzərində "EN NUTRİTİON Gut healthy yazısı olan, 6 (altı) ədəd hər birində 60 (altmış) kapsul olmaqla üzərində "EN NUTRİTİON Liver support" yazısı olan, 5 (beş) ədəd hər birinde 60 (altmış) kapsul olmaqla üzərində "EN NUTRİTİON Sorbio" yazısı olan, 4 (dörd) ədəd her birinde 30 (otuz) kapsul olmaqla üzərində "EN NUTRİTİON Bio cleanse 1" yazısı olan, 4 (dörd) ədəd hər birində 65 (altmış bes) kapsul olmaqla üzərində "EN NUTRİTİON Bio cleanse 2" yazısı olan, 5 (bes) ədəd hər biri 120 gram olmaqla üzərində "EN NUTRİTİON Magnesium complex yazısı olan, 6 (altı) ədəd hər biri 250 ml olmaqla üzərində "EN NUTRİTİON Metosimbio yazısı olan, 3 (üç) ədəd skoçlanmış vəziyyətdə hər biri 30 ml olmaqla üzərində "EN NUTRİTİON Chaga bio drop yazısı olan dərman preparatları aşkar edilmiş və qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Nəticədə Ukrayna Respublikası vətəndaşı Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində, nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs tərcüməçi vasitəsilə vermiş olduğu izahatında bildirmişdir ki, qeyd olunan protokola etirazı yoxdur. Əməlini səmimi etiraf edir. Barəsində inzibati xətanın predmeti olmuş malların müsadirə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3187 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus üzərində "1300-00548/24 №-li iş üzrə maddi sübut qeydləri olan bir ədəd kağız paketdəki 6 ədəd üzərilərində "EN Nutrition Probion" göstəriciləri olan flakonda kapsullar, 4 ədəd üzərilərində "EN X5" göstəriciləri olan flakonda kapsullar, 6 ədəd Üzərilərində "EN Nutrition Digestive enzyme & lysates" göstəriciləri olan flakonda kapsullar, 4 ədəd üzərilərində "EN Nutrition Gut healthy" göstəriciləri olan flakonda kapsullar, 6 ədəd Üzərilərində "EN Nutrition Liver support" göstəriciləri olan flakonda kapsullar, 5 ədəd üzərilərində "EN Nutrition Sorbio" göstəriciləri olan flakonda kapsullar, 4 ədəd üzərilərində "EN Nutrition Bio cleanse 1" göstəriciləri olan flakonda kapsullar, 4 ədəd üzərilərində "EN Nutrition Bio cleanse 2" göstəriciləri olan flakonda kapsullar, 5 ədəd üzərilərində "EN Nutrition Magnesium complex" göstəriciləri olan 120 qramlıq flakonda toz, 6 ədəd Üzərilərində "EN Nutrition Metosimbio" göstəriciləri olan 250 ml-lik flakonlarda məhlullar, 3 ədəd üzərilərində "EN Nutrition Chaga bio drop" göstəriciləri olan 30 ml-lik flakonlarda məhlulların tərkiblərində narkotik, psixotrop güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. Təqdim edilmiş predmetlərin istifadəyə yararlı olub olmaması barədə qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı üçün cavablandırımadı. Ekspertiza tədqiqatına təqdim edilən dərman preparatlarının Respublikada yerləşən ticarət şəbəkələrində, apteklərdə və yerli internet saytlarında satışına və qiymətinə dair hər hansı bir məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X2 daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-28-1/2-16495/2024 nömrəli məktubda bildirilmişdir ki, təqdim olunmuş müxtəlif tərkibə malik "EN NUTRİTİON" əmtəə nişanlı 11 adda məhsulların qablaşması üzərində qeyd olunan ümumi məlumata əsasən, onlar öz ölkəsində dərman vasitəsi deyil, bioloji fəallığa malik qida əlavəsi hesab olunurlar. Aşkar olunan predmetlərin dəyəri ekspert tərəfindən müəyyən edilmədiyindən, müxtəlif internet səhifələrinə baxış keçirilmiş və məhsulların internet səhifələrində ümumi dəyərinin təxminən 2035.66 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Şəxs tərəfindən verilmiş izahatda bildirilmişdir ki, ondan sadəcə dərman preparatlarını Ukraynaya çatdırılması xahiş olunub, bağlamanı qəbul edən zaman içinə baxmamış, sadəcə dərman vasitələrinin olduğu barədə məlumatlı olmuşdur. Dərmanların sayının az olduğuna görə onların gömrük orqanına bəyan edilməsinə zərurət olmadığını hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs barəsində daxil olmuş EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ölkə ərazisinə gətirilən məhsullara dair məlumat məhsul gömrük orqanına daxil olanadək verilməlidir. Lakin, hazırkı iş üzrə bəyannamə gömrük orqanına təqdim olunmamışdır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun əməlini səmimi etiraf etdiyini, nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1620/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1620/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver