Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1620/2025 07.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1947-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-478/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən “KAMAZ 5511” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" ASC-yə qaytarmamışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı, ******* saylı, 07 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-478/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1947-ci il təvəllüdlü Şəxs “KAMAZ 5511” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" ASC-yə qaytarmamışdır. xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqqında Şəxs bildiriş göndərilmişdir. Lakin Şəxs icra sənədini icra etməmişdir. 19 may 2025 və 07 avqust 2025ci il tarixlərdə Şəxs izahatı alınan zaman bildirmişdir ki, “KAMAZ 5511” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2009-2010-cu illər arasında növbətçi mexanik olan Nizami adlı şəxsi xəbərdar etməklə qaraja qoymuş, lakin hər hansı sənədləşmə aparılmamışdır. Bununla belə, Şəxs Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən “KAMAZ 5511” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "xxxx" ASCyə qaytarmalı olduğundan və hal-hazıradək Şəxs həmin qətnamə əsasında verilmiş icra sənədini icra etmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, “Kamaz 5511” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2010-cu ildə "xxxx" ASC-nin növbətçi mexaniki olan Nizami adlı şəxsə təhvil vermişdir, lakin hər hansı sənədləşmə aparılmamşdır. Nizami adlı şəxs vəfat etmişdir. Bu barədə Göyçay Rayon Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində məlumat verilmişdir. X4 Məhkəməsinin qətnaməsi ilə “Kamaz 5511” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2010-cu ildə "xxxx" ASC-yə təhvil verməsi barədə qətnamə qəbul edilmişdir. Buna baxmayaraq, həmin nəqliyyat vasitəsi onda deyildir. Protokola xitam verilməsini xahiş edir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(107)-478/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, Göyçay Rayon Mhəkləməsinin qətnaməsi “Kamaz 5511” markalı “**-AC-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şəxs alınaraq "xxxx" ASC-yə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, 08 may 2025-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2(107)-478/2020 nömrəli icra sənədi icraata qəbul edilmiş, icra sənədinin könüllü icrası barədə borclu Şəxs bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1620/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1620/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver