Məhkəmə qərarları › İş №3(002)-1622/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1622/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1622/2024 03.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndələri X2 və X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC “Toyota Land-Cruiser-Prado” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 18:33-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, səlahiyyətli orqan tərəfindən “Toyota Land-Cruiser-Prado” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 18:33-də inzibati xətanı törətmiş sürücü haqqında məlumatın verilməsi barədə sorğu hüquqi şəxsin ünvanına daxil olmamışdır. Belə ki, onların hüquqi ünvanı 2011-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-ünvan 2q, sorğu səlahiyyətli orqan tərəfindən ünvan 3 ünvanına göndərilmişdir. Bundan əlavə xəbərnamədə soyadı qeyd olunmuş şəxs ümumiyyətlə hüquqi şəxsin əməkdaşları sırasından, onlara məlum olmayan şəxsdir. Əlavə olaraq qeyd etmişdir ki, şirkətə məxsus nəqliyyat vasitələrinə aid hər hansı inzibati xəta haqqında protokolun mövcud olub-olmaması barədə o, mütəmadi olaraq “SMS-Radar.az” tətbiqi vasitəsilə məlumat əldə etdiyindən sonuncu dəfə həmin tətbiqə giriş etdikdə qeyd olunan inzibati xəta haqqında protokolun mövcudluğundan xəbərdar olmuşdur. Həmçinin, o, qeyd etmişdir hüquqi ünvanları barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məlumat vermələrinə baxmayaraq, bu növ sorğular hələ də həmin qurum tərəfindən onlara aid olmayan ünvana göndərilir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq X3 bildirdi ki, MMC-nin hüquqi ünvanı 2011-ci ilədək ünvan 4a hüquqi şəxs Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Astara yolu, ev 25-ci km ünvanında yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Xətai RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Xətai RPİ -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin "xxxx" MMC-yə ünvanlanmış sorğudan görünür ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “Toyota Land- Cruiser-Prado” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 18:33-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Xətai RPİ-nin DYPŞ-nin "xxxx" MMC-yə ünvanladığı sorğu məktubu xx.xx.2024-cü il tarixdə “Abbasov” tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətindən görünür ki, hüquqi şəxsin xx.xx.2011-ci il tarixdən etibarən hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Bakı-ünvan 7allarına əsasən hesab edir ki, sorğu məktubu səlahiyyətli orqan tərəfindən ünvan 3 ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə hüquqi şəxsə naməlum olan “Abbasov” tərəfindən təhvil alınmışdır. "xxxx" MMC sözügedən sorğunun onun hüquqi ünvanına çatdırılmadığı üçün inzibati qanunvericiliyin 347-ci maddəsi ilə müəyyən edilmiş 5 günlük müddəti ötürməmişdir. Bununla da, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar