Məhkəmə qərarları › İş №3(002)-1624/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1624/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1624/2024 20.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 29 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prtokoldan və iş materiallarından aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC- tərəfindən 2023-cü ilin (illik) 1-istehsal (sənaye) malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında hesabat mart ayının 15-nədək təqdim edilməli olduğu halda martın 28-də 13 gün gecikdirmə ilə təqdim edilmişdir. Buna görə də Şəxs ASC barəsində İXM-nin 389-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs ASC vaxtında məlumatlandırılsa da müəssisə tərəfindən 2023-cü ilin illik hesabat məlumatları 13 mart 2024-cü il tarixdə təqdim edilməli olduğu halda 15 gün gecikdirilməklə 28 mart 2014-cü il tarixdə təqdim edilmişdir. Bununla da İXM-nin 389-cu maddəsinin tələbləri pozulmuşdur. Odur ki, şirkət barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs ASC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq sözügedən təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs ASC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclasının gedişində təqdim etdiyi “malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” hesabatda həmin hesabatın təqdim olunma vaxtı 2024-cü il 28 mart, saat 12:00 olduğu müəyyən edilmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs ASC tərəfindən 2023-cü il üzrə (illik) 1-istehsal (sənaye) malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında hesabat vaxtında təqdim edilməmiş, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq nəzərdə tutulan cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar