Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1625/2020 30.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X2 iştirakları ilə, X2 Səbail rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X10 şikayətlə məhkəməyə müraciət edərək barəsində Səbail rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2020-ci il tarixində, saat 09:2.5də FORD ESCAPE MİNİK markalı, ** LL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Səbail rayon DYPS Yol patrul xidməti inspektoru polis siravisi X7 tərəfindən saxlanılmışdır. İnspektor bildirdi ki, arxa sağ stop işığının lampası sıradan çıxmışdır. O, qeyd etdi ki, bu nasazlığı aradan qaldıra bilər. Lakin inspektor vaxtı olmadığını bildirdiyi üçün maşını cərimə meydançasına apardı ki nasazlığı burada aradan qaldır və AR İnzibati Xətalar Məcəlləsinin 342.5.-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib etdi. Protokolla razı olmasa da qanunun tələbinə uyğun olaraq protokolu imzalamışdır. İnzibati Xətalar Məcəlləsinin 342.5.-ci maddəsində göstərilir ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Amma o cərimə meydançasında olduğu 10-15 dəqiqə müddətində bu nasazlığı aradan qaldırmış və protokolda bu barədə qeyd etmişdir. Buna baxmayaraq, protokolu tərtib edən inspektor bunu nəzərə almamış və onu cərimə meydançasından buraxılmasına icazə vermişlər. xx xxxxxxxx 2020-ci il tarixində poçt vasitəsi ilə bildirişi almışdır və bildirişdə qeyd olunur ki, bu barədə qayda pozuntusu üzrə qərar, ərazi aidiyyəti üzrə qeydiyyatda olduğu rayonun RPİ-nin DYPŞ-də qəbul ediləcəkdir. xx.xx.2020- ci il tarixində bildiriş gəldiyini və protokolla razılaşmadığını bildirmək üçün Qaradağ rayon RPİ-nin DYPŞ-nə gün içərisində 3 dəfə yaxınlaşsa da səlahiyyətli şəxs orda olmadığı üçün xx.xx.2020-ci il tarixində Səbail rayon DYPŞ-ə yaxınlaşmış və səlahiyyətli şəxsə ona bildirmişdir ki, qərar qüvvəyə minib və yalnız məhkəmə yolu ilə qərara xitam verilə bilər. X3 göstərilən hallar nəzərə alınaraq barəsində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verib, Səbail rayon Dövlət Yol Polis Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərarından şikayət verilmiş Səbail rayon Dövlət Yol Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, məhkəmə işə qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail rayon Dövlət Yol Polis Şöbəsi Yol patrul xidməti inspektoru polis sıravisi X7 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 həmin tarixdə saat 09:25-də Bakı şəhəri Neftçilər pr ərazidə “Ford Escape” (minik) markalı, **-LL- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş Səbail rayon Dövlət Yol Polis Şöbəsi Polis Polkovnik X1 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı xx xxxxxxxx 2020-ci il saat 09:25, yeri isə “Neftçilər pr” adlı ərazi kimi qeyd edilmişdir. Qeyd edilən xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X10 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin dispotozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddədən göründüyü kimi inzibati xətanın tərkibinin yaranması üçün nəqliyyat vasitəsində hər hansı bir nasazlıq deyil yalnız 1)xarici işıq cihazlarında 2) qabaq şüşənin şüşə silgəclərində və ya şüşəyuyanlarda 3)təkər və şinlərdə 4) mühərrikdə 5) o cümlədən konstruksiyasının digər ünsürlərində aşkar edilmiş nasazlıq olmalıdır. Lakin bu nasazlığın aşkar edilməsi özüözlüyündə xətanın tərkibini yaratmır, yəni nasazlıq aradan qaldırılması mümkün ola bilməyən nasazlıq kateqoriyasına aid edilməlidir. Qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsi ilə nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilsə də nasalığın hansı hallarda aradan qaldırılması mümkün olmayan kateqoriyaya aid edilməsi qanunvericiliklə birbaşa olaraq tənzimlənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, aşkar edilmiş nasazlığın aradan qaldırıla bilən olub-olmaması işin faktiki hallarından asılı olaraq qiymətləndirilməlidir. Eyni zamanda Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsinin 3-cü hissənə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5)Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıq qaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü X10 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:25-də Bakı şəhəri Neftçilər pr adlanan ərazidə Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozması faktına görə Səbail rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Səbail rayon Dövlət Yol Polis Şöbəsi Polis Polkovnik X1 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla sürücü təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Lakin protokol və qararda müvafiq maddənin dispotozitiv şərtləri ümumi olaraq göstərilməklə nəqliyyat vasitəsində hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş, əgər nasazlıq aşkar edilmişdirsə Eyni zamanda Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsində nəzərdə tutulmuş hansı nasazlığın aşkar edilməsi göstərilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. X2 izahatından müəyyən edilir ki, barəsində protokol tərtib edilməsinə səbəb ona məxsus “FORD ESCAPE MİNİK markalı, 10LL074 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sağ işıq cihazında qabaqcadan məlumatlı olmadığı nasazlıq olmuşdur. Bundan başqa protokolda nəqliyyat vasitəsində aşkar edilmiş nasazlıq və onun aradan qaldırıla bilməyən olması göstərilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş sürücü X6 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Səbail rayon Dövlət Yol Polis Şöbəsi Polis Polkovnik X1 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Səbail rayon Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin olunsun. Səbail rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Səbail rayon Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1625/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1625/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver