Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1625/2025 15.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X3, Zərəçəkmiş şəxs Poluyeva Hicran Məhəmməd qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 22 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də Poluyeva Hicran Məhəmməd qızını döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş və sonuncuya məxsus İphone 11Pro Max markalı telefonunu qıraraq onu əmlakına qəsdən ziyan vurmuşdur. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsində araşdırma aparılaraq fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X4 bildirmişdir ki, Şəxs 22 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də Poluyeva Hicran Məhəmməd qızını döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş və sonuncuya məxsus İphone 11Pro Max markalı telefonunu qıraraq onu əmlakına qəsdən ziyan vurmuşdur. Protokolu müdafiə edir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Sədərək TM-də işləyir. Poluyeva Hicran Məhəmməd qızı iş yerinə gələrək onu əxlaqsız söyüşlərlə söyüb təhqir etmişdir. Bu səbəbdən mağazadan çıxıb getmiş, lakin Poluyeva Hicran Məhəmməd qızı onun arxasınca gələrək təhqirlərini davam etdirmişdir. Arxaya dönən zaman təsadüfən əli Poluyeva Hicran Məhəmməd qızının telefonuna dəymiş və telefon yerə düşmüşdür. Poluyeva Hicran Məhəmməd qızını vurmamışdır. Poluyeva Hicran Məhəmməd qızının qeyd etdikləri böhtandır. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Poluyeva Hicran Məhəmməd qızı bildirmişdir ki, Poluyev X2 TM işləyir. Ayrıldıqları üçün əmlak məsələsi ilə bağlı qətnamə var. Onunla bağlı Şəxs iş yerinə Sədərək TM-nə getmiş və pulunu ondan tələb etmişdir. Mağazada olan zaman Şəxs onun qolunu burub çölə atmış və ona məxsus mobil telefon yerə düşərək sınmışdır. Şəxs şikayətçidir. Onun qanunmüvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan 11 iyul 2025-ci il tarixli qərardan göründüyü kimi, Poluyeva Hicran Məhəmməd qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2025-ci il tarixli, 429 №li ekspert rəyindən görünür ki, Poluyeva Hicran Məhəmməd qızının bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu nahiyəsinin və sağ əlin 3-cü barmağının qançırları bərk küt əşya təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin təyin edilmir. İş materiallarında olan X6 tərəfindən verilmiş arayışa əsasən İphone 11Pro Max telefonunun hal-hazırdakı bazar qiyməti 400-500 manatdır və təmir xərci 250 manatdır. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qəbul etməyərək zərərçəkmiş şəxs Poluyeva Hicran Məhəmməd qızını döyməməsi və ona məxsus əmlaka qəsdən ziyan vurmaması ilə bağlı izahat versə də məhkəmə onun izahatına tənqidi yanaşaraq bu izahatı özünü müdafiə xarakterli izahat kimi qəbul edir. Məhkəmə, Şəxs istinad edilən əməllərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. AR İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs inzibati xətanı zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə, inzibati xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Şəxs vurulmuş ziyanın əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul tutularaq zərərçəkmiş Poluyeva Hicran Məhəmməd qızına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1625/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1625/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver