Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1627/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlunun sədirliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ RPİ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına Şəxs İXM-nin 329.3, 332.1 və 334.1-ci maddələri ilə təqsirləndirilməsinə dair İXP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli protokol əlavə edilsə də məhkəməyə göndərilmiş məktubda Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edildiyi qeyd edilmişdir. İş materiallarına isə Şəxs barəsində İXM-nin 333.1ci maddəsi ilə tərtib edilmiş protokol əlavə edilməmişdir. Bundan başqa iş materiallarına başqa bir şəxs yəni, X1 barəsində də İXM-nin 337.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı protokolda əlavə edilmişdir. Hansıki, məhkəməyə göndərilimiş məktubda həmin şəxs barəsində hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsindən aydın olur ki, Şəxs Bakı şəhəri, Səbail rayonu, Neftçilər ptospekti 129 ünvanında qeydiyyatdadır. İş materiallarına Şəxs hadisə ilə bağlı izahatı əlavə edilməmiş, o cümlədən barəsində tərtib edilmiş protokolda onun izahatı da alınmamış və yaxud da izahat verməkdən imtina etməsinə dair hər hansı bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1627/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1627/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver