Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1629/2022 16.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-in Qaradağ rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, işdə olan İXP ******* №-li 01 noyabr 2021-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 319 saylı məktəbin qarşısında idarə etdiyi “Tofaş Şahin” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən vətəndaş X2 idarə etdiyi “Toyota Corolla” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sürücü X1 yüngül zərərvurmaya aid bədən xəsarəti almışdır. Buna görə barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Göründüyü kimi sürücü Şəxs müvafiq sürücülük vəsiqəsinə malik olmuşdur. Lakin məhkəməyə göndərilmiş iş materiallarına Şəxs məxsus sürücülük vəsiqəsinin əsli əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində göstərilir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsin sürücülük vəsiqəsinin iş materiallarına əlavə edilməməsi gələcəkdə ona təyin edilməsi ehtimal olunan inzibati tənbeh tədbirinin icrasına maneə törətməklə qeyri-müəyyənlik yaradır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan DİN-in Qaradağ rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1629/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1629/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver